Sivlu gölü (yun. Λίμνη Τσιβλού) — Axeya prefekturasının Egiyaliya bələdiyyəsində, təxminən 700 metr yüksəklikdə, Helmosun yamaclarında yerləşən göl. 24 mart 1913-cü ildə ərazidə baş verən böyük sürüşmə Kratis çayının yatağının bağlanması zamanı yaranmışdır. Gölün səthi təxminən 8,3 hektar, dərinliyi isə təxminən 80 metrdir.[1][2] Gölün yaxınlığında Peristera, Agiya-Varvara və Zaruxla kəndləri var. Gölün adı sürüşmə nəticəsində qismən su altında qalan Sivlu kəndindən götürülmüşdür.[3]
Sivlu gölü | |
---|---|
Yerləşməsi | |
38°04′36″ şm. e. 22°13′58″ ş. u. | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |