Sivriyarpaq kassiya

Sivriyarpaq kassiya (lat. Cassia acutifolia)[1] - kassiya cinsinə aid bitki növü.[2]

Sivriyarpaq kassiya
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Cassia acutifolia Delile (=Senna alexandrina Mill.) - İtiyarpaq (Aleksandriya səna, Afrika sənası, itiuclu səna, Misir sənası, səna, kassiya)  

Botaniki xarakteristikası:[redaktə | mənbəni redaktə et]

Çoxillik yarımkol bitkisi olub, hündürlüyü 1-1,5 m-ə bərabərdir. Gövdəsi budaqlanandır. Yarpaqları cüt lələkvari, növbəli, yalançı zoğu əsasından bizəoxşardır. Yarpaqcıqları demək olar ki, oturaq, neştərvari, bütövkənarlı, zirvəsi itiuclu, əsasından bərabər olmayan, uzunluğu 20-30 mm, eni isə 5-9 mm-ə bərabərdir. Hamaşçiçəkləri qoltuq tumurcuqları fırçayabənzərdir. Çiçəkləri ziqomorf olub, diametri 8 mm, kasacığı 5 kasa yarpağından, çiçək tacı 5 bərabər olmayan sarı rəngli ləçəkdən ibarətdir. Meyvəsi yastı, dəricikli, azacıq əyilmiş olub, uzunluğu 3-5 sm, eni isə 1,5-2,5 sm-ə bərabərdir. Toxumları yası, ürəkşəkilli və sarılımtıl-yaşıl rəngli olur.[3]

Yarpaqları mövsüm ərzində 2-3 dəfə əl ilə toplanılır. Sonuncu dəfə bütün bitki yığılır və yarpaqları çeşidlərə ayrılır. Plantasiyalarda meyvə və toxumları yetişdikdən sonra əl ilə toplanılır. Xammal naves altında kölgə şəraitində qurudulmalıdır[4].

Tərkibi və təsiri:[redaktə | mənbəni redaktə et]

Yarpaq və meyvələrinin tərkibində antrasen törəmələri, qlükozidlərin sadə monomerləri, sennozid А, В, С və D vardır. Bundan başqa tərkibində flavonoidlərdən kempferol və izoramnetin, selik və qatran olur.   [5]

Tərkibində aqlikon ən azı 1,4%, rütubət 12%, kül 12%, gövdə hissəcikləri 10%, üzvi maddələr 3%, mineral maddələri isə 1%-dən çox olmur. Yarpaq və meyvələrinin saxlanılma müddəti 3 ildir.[6] 

İşlədici dərmandır. Bitkinin bütün hissələrində flavonoidlər, qatranlı maddələr, selik və digər maddələr vardır. Tərkibində qlükozidlər - qlikoaloemodin, qlikorein, sennozid A və B, sərbəst aqlikon, rein, xrizofanol tapılmışdır. Mədəni yarımkol bitkisi olan sivri yarpaqlı qurudulmuş və döyülmüş səna yarpağı keyfiyyətli dərman bitki xammalı kimi istifadə edilir. Yarpaqlarının tərkibindəki işlədici maddələr yoğun bağırsağa təsir edərək reseptorları oyadır, reflektor olaraq peristaltikanı gücləndirir, bağırsaqların funksiyasını normallaşdırır.

Qəbul etdikdən 6-12 saat sonra təsir edir. Eyni zamanda bağırsaq vəzilərinə də təsir edir. [7]

Sənanın itiuc yarpaqlı meyvələri müxtəlif vaxtlarda yetişərək və quru halda keyfiyyətli dərman bitki xammalı kimi istifadə edilir. Xammalı keyfiyyətli işlədici dərmandır. Sulu məhlulu xırdalanmış yarpaqlardan hazırlanır. Yarpaqları işlədici və babasil əleyhinə qarışıqların tərkibinə daxildir. İlkin olaraq qəbizlikdə, cərrahi əməliyyatdan sonra bağırsaq atoniyasında tətbiq edilir. Hamiləlik və südvermə (laktasiya) dövründə işlədilməsi əks göstərişdir. Yarpaqları quru ekstrakt və həb şəklində buraxılır. Yarpaqlarının tozu biyan kökü, razyana kökü və şəkərlə birlikdə babasildə işlədilir. Səna bitkisinin Hindistanda hazırlanan preparatı senadeiqlaksena adlanır. Tərkibi sennozid A və B-dən ibarətdir. [8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  4. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  5. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  6. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  7. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  8. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333