Siyov

SiyovAzərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.[1]

Siyov
38°40′13″ şm. e. 48°36′18″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 995 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.120 nəf.
Xəritəni göstər/gizlə
Siyov xəritədə
Siyov
Siyov

Əhalisi 1018 nəfərdir.[2]

Kəndin adı ərazidəki Qarasuçayın və Qarasutəpə dağının adı ilə bağlı yaranmışdır. Oykonim Qarasu adının talış dilindəki qarşılığıdır.[3]

Bitki örtüyü

[redaktə | mənbəni redaktə et]

Taxus baccata – iynə yarpaqlılar nümayəndələrindən olmaqla – Qafqaz meşələrində geniş yayılmışdır. Bu növ iynə yarpaqlı ağac və kollar Hirkan qarışıq meşəliyində yayılmaqla bərabər özü təklikdə Siyov kəndi yaxınlığında qaraçöhrə meşəliyi yaradır. Burada Taxus baccata-dan başqa Carpinus schuschacnsis və Lonicera iberica-nın, ot bitkilərinin 32 növ olduğunu A.A.Qrossheym 1926-cü ildə, müəlliflərdən biri isə (akademik V.Hacıyev) 1979-cu ildə 45 növ olduğunu göstərmişdir. Çox düzgün olaraq A.A.Qrossheym bu meşəliyin sonradan bərpası ilə izah edir. Görünür Siyov ətrafında vaxtı ilə meşələr qırıntıya məruz qalmışdır. Qaraçöhrənin isə bir hissəsi yandırılmışdır. Məhz ona görə sonradan bərpa olunan bitkilərin əksəriyyəti kserofit təmayüllü bitki nümayəndələrindən ibarət olmuşdur.[4]

  1. Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  3. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.
  4. "Hirkan Biosfer Rezervatı" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-07-25.