Skolkovo İnnovasiya Mərkəzi — Rusiya dövləti tərəfindən ölkədə “startup” və sahibkarlıq mədəniyyətini yaratmaq üçün başladılmış Silikon Vadisinin rəqibi olacaq bir layihədir. Skolkovonun yaradılması üçün növbəti 7 il ərzində 4 milyard dollar xərclənəcəyi gözlənilir. Özəl sektordan bir investorun yatıracağı investisiya ilə birlikdə 2020-ci ilə qədər Skolkovonun yaradılmasına cəmi 15 milyard dollar xərclənəcək. Skolkova, Rusiya dövləti tərəfindən başladılmış, ölkə iqtisadiyyatının təbii resurslardan asılılığını azaltmaq və ölkə daxilində sahibkarlığın artırılması üçün qurulan hökumət yönlü təşviqdir. Moskvanın mərkəzindən bir saatlıq məsafədə təxminən 400 hektar əraziyə malik Skolkovo parkı həm vençur investisiyalara söykənən startup sahibkarlıq, həm texniki-elmi tədqiqat və həm də təhsil mərkəzi funksiyasını daşıyacaq. Hal-hazırda sahədə yalnız Hypercube adlanan, polad, şüşə və beton tikili mövcuddur. Tikili konfrans zalları və iş otaqlarından ibarətdir. Nokia, Samsung və Cisco System kimi iri şirkətlər Skolkovoda öz tədqiqat və inkişaf mərkəzlərini cəlb etməkdə artıq maraqlı olduqlarını bildiriblər. Skolkova mərkəzi 13000-dən çox iş yerinin açılma potensialına sahib 1000-dən çox start-up bizneslə əlaqələri olduğunu bildirib.
Skolkova Sovet dövrünün gizli texniki tədqiqat laboratoriyalarını xatırladır. Skolkovo vergi güzəştləri ilə fəaliyyət göstərən xüsusi iqtisadi zonadır. Xarici vətəndaşlar xüsusi “Start-up Viza” ilə burada fəaliyyət göstərə və işləyə bilərlər. Bu yolla Rusiya dövləti Amerikaya olan beyin köçünün yeni bir modelini hazırlamağa çalışır.
Əsas konsept ondan ibarətdir ki, yeni başlayan bizneslər və sahibkarlar üçün güzəştli və sadələşdirilmiş qanunlar olsun, vergi güzəştləri təklif olunsun və növbəti on illikdə Rusiya dövləti texnologiya sahəsində yenilikləri ilə dünya iqtisadiyyatında yeni tempi ilə yeni güclü oyunçuya çevrilsin.