Skottsboro məhkəməsi — 1931-ci ildə ABŞ-də baş verən hadisə.[1]
Bu məhkəmədə Alabama istiqamətində irəliləyən qatarda iki küçə qadınına təcavüz etdikləri iddia edilən doqquz zənci şəxs günahlandırılmış və onlar təcavüz etməkdən həbs edilmişdi.[2] Məhkəmə əsnasında qadınlardan birinin zəncilərlə bağlı mənfi ifadəsindən imtina etməyinə baxmayaraq məhkəmə öz fikirlərindən geri dönmədi və şübhəlilər illərlə həbs cəzası almışdı.[2]
1931-ci ildə Alabamada iş tapa bilmək üçün cənub əyalətinə gedən ağ və zənci şəxslər arasında qatar hərəkətdə olarkən mübahisə yarandı.[3] Qatar mühafizəçisi 1931-ci il mart ayının 25-də Alabamada yerləşən Skottsboro qəsəbəsində doqquz afroamerikalı zəncisi və dörd ağ şəxs qatardan endirilərək həbs edildi.[4] Həbs edilən iki ağ şəxsin kişi paltarları geyinmiş qadınlar olduğu ortaya çıxdı. Rubi Bets və Viktoria Pris adlı bu qadınlar ifadələrində iş tapa bilmək üçün qatarda olduqlarını bildirdilər. Əslində küçə qadını olan Bets və Pris həbs edilmək istəmədikləri üçün doqquz gənc şəxsin onlara təcavüz etdiyini iddia etdilər.[5] Bir birlərini tanımayan doqquz zənci şəxs hamsı ağ şəxslərdən ibarət olan münsiflər tərəfindən təcavüz etdikləri üçün günahlandırıldı. On üç yaşında olan Roy Rayt xaricində digərləri ölüm hökmü ilə cəzalandırıldı.[5] Bu məhkəmə "qanuni linç" anlayışının yaranmasına da səbəb oldu.[3] ABŞ-nin ağ şəxslərinin daha çox yaşadığı cənub əyalətlərində ədalətli qərarların verilməməsi mövzusu ilə tez-tez qarşılanırdı. 1882–1946-cı illərdə ABŞ-də beş yüzdən çox zənci linç məhkəməsi baş tutmuşdu.[6] Buna baxmayaraq bu məhkəmə beynəlxalq ictimaiyyətdə geniş əks-səda doğurdu. Kommunistlər Amerikalı zəncilər və dəstəkləyənləri gənc şəxsləri müdafiə etmək üçün çox köməklik göstərdilər. Qadınlardan birinin zəncilərlə bağlı mənfi ifadəsindən imtina etməyinə baxmayaraq "Skottsboro şəxsləri" olaraq adlandırılan şübhəlilərin ən sonuncu məhkumu 1950-ci ildə azadlığa buraxıldı.[3]
Harper Linin "Bülbülü öldürmək" adlı romanı bu mövzu ilə əlaqədar yazılmışdır. Həmçinin Jan Pol Sartr bu məhkəmədən təsirlənərək "Hörmətli fahişə" teatr tamaşasını yazmışdır.