Slavko Brezovski — Müasir memarlıq istiqamətində işləri ilə tanınan Yuqoslaviya və Makedoniya memarı.
Slavko Brezovski | |
---|---|
mak. Славко Брезоски | |
Doğum tarixi | 10 iyun 1922[1] |
Doğum yeri | |
Vəfat tarixi | 8 mart 2017 (94 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | memar |
Yuqoslaviya krallığının Vardar banovinasının qərbində anadan olub[2]. O, müəllimi Milan Zlokoviç olduğu Belqrad Ali Texniki Məktəbinin memarlıq fakültəsinə daxil olub. 1950-ci ildə diplomunu alıb Skopyeyə qayıtdıqdan sonra 10 ilə yaxın işlədiyi "Projectant" layihə təşkilatında işə düzəlir. Daha sonra “Pelagonia Project” və “Macedonia Project” təşkilatlarında çalışır. Elmi və Texniki Əməkdaşlıq İnstitutunun eksperti kimi onlar Tripoliyə gedirlər və orada Liviya Mənzil Təsərrüfatı Nazirliyinin tapşırıqlarını yerinə yetirirlər. Liviyadan qayıtdıqdan sonra 1960-1962-ci illərdə Skopye Universitetinin memarlıq fakültəsində müəllim köməkçisi vəzifəsində çalışıb[3]. O, Braziliyaya ezamiyyətdə olarkən müəllimlik fəaliyyətini yarımçıq qoyub. 1969-cu ildən yenidən memarlıq fakültəsinin ictimai binaların layihələndirilməsi kafedrasında dərs demişdir. Buradaca professor elmi adını almışdır. 1987-ci ilə qədər universitetdə dərs demişdir.
Brezovski sosialist Yuqoslaviyasında bir çox modernist binalar layihələndirib inşa etdirmişdir. Onun ən məşhur əsərlərindən biri Skopyedəki Müqəddəs Klement Ohrid kilsəsidir[4]. O, Yuqoslaviyanın Braziliya şəhərindəki səfirliyinin layihəsinin müəllifidir (1961), onun layihələri üzrə keçmiş Yuqoslaviya respublikalarında, Braziliyada və Liviyada bir çox binalar tikilib.
Onun qurucu ideyalarına 1963-cü il zəlzələsindən sonra dağılmış Skopye şəhər mərkəzinin planlaşdırılması zamanı braziliyalı memar Oskar Niemeyer, eləcə də yapon memarı Kenzo Tange təsir etmişdir[5].
O, Yuqoslaviya və Makedoniya memarlığına brutalizmin təsirinin yüksək olduğu dövrdə ən görkəmli praktik memarlardan biri idi[6].