Slavyanşünaslıq — slavyan xalqlarının dillərini, ədəbiyyatını, folklorunu, tarixini, maddi və mənəvi mədəniyyətini öyrənən elm.
Slavyanşünaslıq çərçivəsində daha dar ixtisaslaşma həm ənənəvi fənlər (dilçilik, filologiya, etnologiya), həm də Şərqi Avropa ölkələrindən birinin dil, tarix, ədəbiyyat və mədəniyyəti (o cümlədən müasir) hərtərəfli öyrənən fənlərarası sahələrdə mümkündür. Bunlara Rusiyaşünaslıq, Slovakiyaşünaslıq, Polşaşünaslıq elmlərini nümunə göstərmək olar. Eyni zamanda, slavyan bölgəsindən kənarda, slavyanşünaslıq və onun regional bölmələri ölkənin müasir tarixini, iqtisadiyyatının və siyasətinin öyrənilməsini də əhatə edə bilər.
Şimali Amerikada slavyanşünaslıqda Rusiyaşünaslıq üstünlük təşkil edir. Rays Universitetinin slavyanşünaslıq üzrə professoru Yeva Tompson qeyri-rus slavyanşünaslığının vəziyyətini "görünməz və lal" adlandırmışdır.[1]