Slavyan Ulduzu Müsabiqəsi

Slavyan Ulduzu Müsabiqəsi 2009 − onuncu dəfə keçirilən Slavyan Ulduzu Müsabiqəsi.

Oryol şəhərində keçirilib. Festivalın ilkin mərhələsində finala keçmək uğrunda 5 MDB ölkəsindən 300-dən çox gənc ifaçı mübarizə aparıb. 24 gənc finala keçmək şansı əldə edə bilib. Azərbaycanı bu festivalda gənc ifaçı Səbinə Babayeva təmsil edib. Onun ifası festivalın ən yüksək mükafatı olan "Qran-pri" mükafatına layiq görülüb.

Festival qaliblərinin seçimi Rusiyanın tanınmış prodüser, musiqiçi və bəstəkarlarından ibarət olan münsiflər heyəti tərəfindən həyata keçirilib.[1]