Slovakiya Dəmir Yolları (slovak. Železnice Slovenskej republiky, ŽSR) — Slovakiyada dəmiryol infrastrukturunun idarə olunmasını həyata keçirən dövlət müəsissəsi.
“Slovakiya Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti | |
---|---|
Ölkə: | Slovakiya |
Tipi: | Qapalı Səhmdar Cəmiyyəti |
Qərargahı: | Bratislava |
Təsis etmə tarixi: | 1993 |
Veb-saytı: | Slovakiya Dəmir Yolları Rəsmi Saytı |
1993-cü ilin 1 mayında təsis edilmişdir. Ona qədər «Çexslovakiya Dəmir Yolları» dövlət müəssisəsinin balansında olmuşdur (çex. Československé státní drahy). 1996-cı ilədək şirkət ölkədə dəmir yolu nəqliyyatında de-fakto monopoliyaya sahib idi.
2002-ci ildə bu sahə iki hissəyə bölünmüşdür: dəmir yolu infrastrukturu həminatı Slovakiya Dəmir Yolları şirkətində qalmış və nəqliyyat idarəçiliyi isə ""Železničná spoločnosť, a. s."" şirkətinə verilmişdir. 2005-ci ildə yenidən bölünmə həyata keçirilmişdir: «Železničná spoločnosť Slovensko, a. s.» (ZSSK) sərnişin daşıma sahəsində,[1]«Železničná spoločnosť Cargo Slovakia, a. s.» (ZSSK Cargo / ZSCS)[2] isə yük daşıma sahəsində təmərküzləçmişdir.
Slovakiya Dəmir Yollarının rəhbəri şura və baş direktordur.
Dəmir yolları Avtriya-Macarıstan iqtisadiyyatı və sosial inkişaf üçün mühüm sahəyə çevrilmişdir. 1837-ci ildə ilk Avropada ilk dəmir yolunun tikintisinə başlanıldı və bu Qərbi Slovakiyanın kənd təsərrüfatı məhsullarının və ağacının ixrac bazarına təhlükə törədirdi. Bratislava və Trnava arasında beş şəhəri birləşdirən at dəmiryolu qurmaq üçün bir şirkət quruldu. Konka XIX əsrin 70-ci illərinə qədər fəaliyyətini davam elətdirdi. 1854-cü ildə dövlət dəmiryolu tikintisini özəl şirkətlərə beyməyə başladı[3].
1867-ci ildə Macarıstanda Nəqliyyat və ictimai içlər Nazirliyi təşkil olundu. Burada əsas məqsəd Avstriyadan azad nəqliyyat infrastrukturunun təşkili olmuşdur. Nazirliyin rəhbərliyi altında 1867 - 1873-cü illərdə Slovakiya ərazisində mövcud dəmiryollarının çəkilişi həyata keçirildi:
Özəl sahə bu həcmdə dəmiyryollarının tikintisini gerçəkləşdirə bilmədiyindən, Macarıstan bu tikintiləri 1968-ci ildən dövlət hesabına gerçəkləşdirməyə başlamışdır.
Vyana Fond Birjasındakı uğursuzluq 1870-ci illərin ilk yarısında iqtisadi böhrana səbəb olur. Bahalı dəmir yollarının tikintisi dayandırılır, lakin xüsusi yerli xətlərin tikintisi üçün şərait yaranır.
Çexslovakiyanın meydana gəlməsindən sonra, yeni sərhədlərə uyğun olaraq dəmir yolu şəbəkəsini yenidən təşkil etmək zərurəti yarandı. Ancaq yeganə effektiv xətt Koşise-Boqumin dəmiryolu idi. Dövlət bütün xəttləri nəzarətə almaq və mövcud şəbəkəni genişləndirmək qərarına gəldi. Yük qatarlarının sürəti 70 km/saatadək artırıldı.
İkinci Dünya müharibəsindən sonra Çexslovakiyada dəmiryollarının bərpasına başlanılır. Bütün dəmir yolları 1948-ci ildə milliləşdirilir. Yollar Slovakiyanın cənubuna qədər uzadılır və elektrikləşdirilməsi həyata keçirilir.
70—80-ci illərdə Balkanlarda dəmir yolu nəqliyyatında eniş müşahidə edilir. Bu təkcə iqtisadi geriləmə ilə bağlı deyildi, bu həm də daş kömürün təbii qazla əvəzlənməsi idi. 1993-cü il yanvarın 1-də Slovakiyanın müstəqilliyinin elanından sonra dəmir yolları bu dövlətin balansına keçir. Hazırda dəmirr yollarının əsas strateji məqsədi Avropa İttifaqının ticarət bazarlarına çıxmaq və Slovakiyanın rahat yerini və onun turist cəlbediciliyindən istifadə etməkdir.