Smoke test

Smoke test [1](azərb. Tüstü testi‎) — proqram təminatının sınaqdan keçirilməsində: aşkar xətaları müəyyən etmək üçün minimal test toplusu. Tüstü testi, adətən, proqramçının özü tərəfindən aparılır; bu testdən keçməyən proqramı daha dərin testlənməyə vermək mənasızdır. Bu tipli ilk sınaqları soba ustaları aparmışlar; hazırladıqları sobanın bütün qapaqlarını tutur, sobanı qalayır və tüstünün yalnız lazım olan yerlərdən keçməsini müşahidə edirdilər.

Terminin ikinci "doğuluşu" radioelektronikda baş verdi. İstehsalatdan gəlmiş radioelektron qurğunun birinci dəfə işə salınması çox qısa (saniyədən kiçik) zamanda yerinə yetirilir. Sonra mühəndis bütün mikrosxemlərə əllə toxunaraq, onların qızıb-qızmamasını yoxlayır. Bu saniyə ərzində çox qızmış mikrosxemdə kobud xətanın olması ehtimalı böyükdür. Əgər birinci sınaqda qızma aşkarlanmırsa, cihaz bu dəfə uzun müddət üçün işə salınır. Beləliklə, yoxlama bir neçə dəfə təkrarlanır. Mühəndislər "smoke-test" ifadəsini zarafatla işlədirlər, çünki tüstünün əmələ gəlməsindən (və deməli, qurğunun hissələrinin xarab olmasından) qaçmaq istəyirlər.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. 2017, “Bakı” nəşriyyatı, 789 s.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2019-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-02.