Smolensk Dövlət Universiteti (rus. Смоленский государственный университет (СмолГУ)) — Rusiyanın Smolensk vilayətində, Smolensk şəhərində yerləşən universitet.
Smolensk Dövlət Universiteti | |
---|---|
![]() | |
![]() | |
54°47′ şm. e. 32°03′ ş. u. | |
Əsası qoyulub | 1918 |
Ölkə | |
Sayt | smolgu.ru |
![]() |
Universitet 7 noyabr 1918-ci ildə Xalq Komissarları Şurasının qərarı ilə yaradılmışdır. Universitet əvvəllər humanitar, təbii və tibbi təhsil istiqamətlərini birləşdirirdi. Smolensk Dövlət Universiteti 18 aprel 1930-cu ildə hökümətin ali və orta peşə təhsil islahatı haqqında qərarına əsasən, RSFSR Xalq Maarif Komissarlığının əmri ilə iki müstəqil institutda yenidən təşkil edildi: RSFSR Xalq Komissarlığı Pedoqoloji İnstitutu və RSFSR Xalq Komissarlığı Smolensk Dövlət Tibb İnstitutu.[2]
13 yanvar 1998 ildə Rusiya Federasiyası Təhsil Nazirliyinin əmri ilə Smolensk Dövlət Pedaqoji İnstitutu, Smolensk Dövlət Pedaqoji Universiteti adlandırıldı.[3]