Snoubord

Snoubord - qışa xas olan bir idman növüdür. Surfbord və skeytbordinqdən fərqi bu oyunun qar üstündə oynanmasıdır. Snoubord taxtalarının ümumiyyətlə uzunluğu 140-165 sm, genişliyi isə 24-27 sm arasında dəyişməkdədir. Həmçinin, boy və çəkiyə nisbətdə uzunluq dəyişir.

1960-cı illərdə snoubordun ilk təməlləri kiçik xizək tipində qoyuldu. Bu fikrin əsl sahibi Şerman Poppin idi. 1970-ci ildə Bob Vebber, Tom Sims, Ceyk Börton Karpenter, Çak Barfut və Dimitriye Miloviçdən ibarət sörf taxtası dizayn edən qrup tərəfindən düşünülmüş və prototipləri düzəldilmişdir. Bob Vebber 1972-ci ildə oyunun patentini alaraq ilk rəsmi Snoubordu ixtira etmişdir. Əvvəllər Snoubord yarışmalarına qatılan universitet tələbəsi Börton daha sonra bunu təkmilləşdirməyi fikirləşmişdir. Snoubord ilə əvvəldən maraqlananlar bu soyadların bəzilərini çoxdan eşitmişdirlər. Xüsusilə, Bob Vebberdən 1990-cı ildə patenti alan Ceyk Börton Karpenterin qurduğu "Börton" firması indi də Snoubordun ən bilinən markalarındandır. İlk dizayn olunmağa başladığı zaman kirşə üslubunda dizayn edilmiş oyuna daha sonra istifadə rahatlığı təmin etmək üçün əlavələr edildi və bu oyunun populyarlığını artırdı. Bu gün Snoubord xizək ayaqqabısından çox tanınmaq səviyyəsinə çatdı. Xüsusilə paltarlarının gündəlik geyimlərə yaxın bir tərzdə dizayn edilməsi, Snoubordçunun çevik mövqeyi, gənclər arasında Snoubord idmanını bir istək halına gətirdi. Snoubord öyrənmək arzusu xizək idmanı olan insanlar arasında yaranıb, lakin, bu oyuna qarayaxma kampaniyası da vardır.

İdman həmçinin, Olimpiyaya eyni adıyla və Paralimpiya Oyunlarına para-snoubord adıyla daxil edilmişdir.[1][2]

  1. "Olimpik Snoubordinq - Qış Olimpiya İdmanı". olympic.org (ingilis). 03.12.2020. 2021-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.08.2021.
  2. "Para-Snoubord Qış Paralimpiya Oyunlarına daxil edildi". paralympic.org (ingilis). 28.05.2012. 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.08.2021.