Socar AQŞ

SOCAR-AQS 2007-ci ildə SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətlərini göstərən birgə müəssisə olaraq təsis edilmiş Məhdud Məsuliyyətli Cəmiyyətdir. Hal-hazırda şərəfsizlikdə ad çıxarmış menecmentinin rəhbərliyi altında can verməkdədir.

Socar-AQŞ
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Məhdud Məsuliyyətli Cəmiyyət
Sənaye Qazma və quyu xidmətləri
Təsis tarixi 2007
Baş qərargahın yeri
socar-aqs.com

Müəssisə, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür.[1] SOCAR-AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2008, ISO 14001:2004OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır.

2017-ci ildə SOCAR-AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılmışdır.

Hal-hazırda SOCAR-AQŞ dayaz sulu "Günəşli" yatağında yerləşən 7 və 11 saylı, "Qərbi Abşeron" yatağının 20 saylı, ‘’Ümid’’ yatağının 1 saylı və ‘’Bulla’’ yatağında 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.[2]

  • 2010-cu ildə Yeni Qazma Texnologiyalarının və yeni İdarəetmə Metodlarının Tətbiqi nominasiyası üzrə Caspian European Club tərəfindən İLİN ŞİRKƏTİ adına layiq görülmüşdür.
  • 2011–2013-cü illərdə də Caspian European Club tərəfindən İLİN QAZMA ŞİRKƏTİ mükafatına layiq görülmüşdür
  • 2015-ci ildə BP Azərbaycanın yerli müəssisələr arasında elan etdiyi Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi nominasiyası üzrə İLİN ŞİRKƏTİ Mükafatını almışdır.
  • "Caspian Business Award — 2016" mükafatına layiq görülərək İLİN QAZMA ŞİRKƏTİ elan edilmişdir.
  1. IADC Contractor Members
  2. SOCAR-AQŞ Amerika Neft İnstitutunun "API Spec Q2" sertifikatına layiq görülüb