Sodar İsmayılova

Sodar İsmayılova (tam adı: Sodar Məbud qızı İsmayılova; d. 15 mart 1930, Nuxa rayonu, Azərbaycan SSR) — Sovet dövrü Azərbaycan tütünçüsü, Sosialist Əməyi Qəhrəmanı (1949).

Sodar İsmayılova
Doğum tarixi (94 yaş)
Doğum yeri Nuxa rayonu Baş Zəyzid kəndi, Azərbaycan SSR
İxtisası tütünçü
Fəaliyyəti tütünçü
Partiyası
Tanınır Sosialist Əməyi Qəhrəmanı (1949)

15 mart 1930-cu ildə Azərbaycan SSR-in Nuxa (Şəki) rayonunun Baş Zəyzid kəndində anadan olub.

1946-cı ildən kolxozçu, 1953-cü ildən Şəki rayonunun "Şəfəq" kolxozunda (keçmiş adı ilə Səfərova) tütünçü olmuşdur. 1948-ci ildə "Trabzon" tütün sortu üzrə 3 hektarlıq sahədən hər hektarına 25.1 sentner olmaqla məhsul almışdır.

SSRİ Ali Sovetinin Prezidiumunun qərarı ilə 1 iyul 1949-cu ildən etibarən 1948-ci ildəki yüksək tütün məhsulu əldə edilməsi göstəricisinə görə Sodar Məbud qızı İsmayılova Lenin ordeni və "Çəkic və Oraq" qızıl medalı ilə təltif olunmaqla yanaşı Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.[1] Azərbaycanın ictimai həyatında fəal iştirak etmişdir. 1957-ci ildən Sovet İttifaqının Kommunist Partiyasının üzvü olmuşdur.[2]

2002-ci ildən etibarən prezident təqaüdçüsüdür.

  1. Указ Президиума Верховного Совета СССР «О присвоении звания Героя Социалистического Труда передовикам сельского хозяйства Азербайджанской ССР» от 1 июля 1949 г.  // Ведомости Верховного Совета СССР. — 29.07.1949. — № 37 (584). — С. 2.
  2. Исмајылова Содар Мә`буд гызы // Азербайджанская советская энциклопедия  : [в 10 томах] = Азәрбајҹан Совет Енсиклопедијасы (азерб.) / гл. ред. Дж. Б. Гулиев. — Баку: Кызыл Шарг, 1980. — Т. IV. — С. 552. — 80 000 экз.