Soko Qrad (Sokobanya)

Soko Qrad (serb-kiril. Соко Град) ― Serbiyanın Sokobanya kurort şəhərindən 2 kilometr şərqdə yerləşən orta əsr şəhəri və qalası. Qala 1982-ci ildə "böyük əhəmiyyətə malik mədəniyyət abidəsi" elan edilmişdir və Serbiya Respublikası tərəfindən qorunur.[1]

Soko Qrad
(Serbiya)
TipiStratejik istehkam
Yer haqqında informasiya
İctimaiətə 
 açılıb
Bəli
Tikinti yerinin tarixi
Tikilib6-cı əsr
Materiallardaş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Yuxarı şəhərin qüllələri

Qala VI əsrdə Şərqi Roma imperatoru I Yustinian dövründə avarlarınslavyanların Balkan yarımadasına hücum etməsinin qarşısını almaq üçün inşa edilmişdir. Ərazi 1172-ci ildə Stefan Nemanya tərəfindən işğal edildi və orta əsr Serbiya dövlətinin bir hissəsi oldu. Boqomilçilərin Serbiyadan qovulması zamanı Nemanya boqomil olan Soko administratoru ilə toqquşdu.

Soko Qrad 1398-ci ildə isə Osmanlı imperiyası tərəfindən işğal etdi.

Şəhər şiddətli Osmanlı hücumu nəticəsində dağılmışdır. Bu gün görünən yeganə xüsusiyyətlər qalanın qapısı, divarları və üç qülləsi olan yuxarı şəhərin qalıqlarıdır.

Soko Qrad sözünün mənası "şahin şəhəri" deməkdir. Şəhərin adı şəhərə təlimli şahinlərlə vergi ödəyən bir çox şahin ovçusu ilə bağlıdır.

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Yustinian tərəfindən tiklmiş orijinal istehkam qayanın ən hündür hissəsində inşa edilmişdi və bu, onu düşmən tərəfindən praktik olaraq əlçatmaz hala gətirirdi. Serbiya dövlətinin sonrakı inkişaf dövrlərində qala ətrafındakı istehkam daha da genişləndi və qayanın altına doğru irəlilədi.

Əsas qala istehkamın divarlarının ortasında yerləşirdi. İstehkam kompleksinin bir neçə qülləsi var idi və bunlardan yalnız bir neçəsi bu gün qədər gəlib çata bilmişdir. Onlardan yalnız Yuxarı şəhərdəki ilk giriş qülləsi qorunur və yaxşı vəziyyətdədir. Digər qüllələr və dayaqlar isə dağıntılar halında günümüzə gəlib çatmışdır.

  1. "Monuments of Culture in Serbia: СОКО ГРАД" (serb). SANU. 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-29.

 Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]