Solent Universiteti

Solent UniversitetiBirləşmiş Krallıqda, Sauthempton şəhərində dövlət universiteti.

Solent Universiteti
Loqonun şəkli
Xəritə
50°54′29″ şm. e. 1°24′04″ q. u.
Əsası qoyulub 12 iyul 2005[1]
Tələbə sayı 11.340[2]
Ölkə
Sayt solent.ac.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Universitetin mənşəyi 1856-cı ildə qurulan Sauthempton İncəsənət Kollecinə gedib çıxır. Sauthempton Texnologiya Kolleci və Varşaşdakı Dəniz Araşdırmaları Kolleci birləşdikdən sonra 1984-cü ildə Sauthempton Ali Təhsil İnstitutu yaradıldı.

Sauthempton İnstitutu 12 iyul 2005-ci ildə Solent Universiteti adını aldı.

Solent Universitetinin əsas kampusu (East park Terras)

Solent Universitetinin 3 əsas kampusu var: Şəhər, Varşaş və Timsberi kampusları.[3][4]

Akademik strukturu

[redaktə | mənbəni redaktə et]
  • Biznesin İdarəetməsi fakültəsi
  • Hüquq və Rəqəmsal Texnologiyalar fakültəsi (Solent Biznes Məktəbi və Solent Hüquq Məktəbini özündə birləşdirir)
  • Yaradıcı İncəsənət fakültəsi
  • Memarlıq və Mühəndislik fakültəsi
  • Tibb və Sağlamlıq elmləri Məktəbi
  • Sosial Elmlər və Varşaş Dəniz Məktəbi

Ümumilikdə universitetin nüfuzu artır və ildən-ilə yüksək liqa cədvəllərində yüksəlir. Universitet həmçinin yerli və regional biznes təşkilatlarla, peşəkar orqanlar və sənaye qrupları ilə güclü əlaqələrə malikdir.[5][6]

Araşdırma proqramları

[redaktə | mənbəni redaktə et]

Biznes və Cəmiyyət

[redaktə | mənbəni redaktə et]

Universitetdə həmçinin tədqiqatçıların inkişafı proqramını həyata keçirən və tədqiqat, innovasiya və bilik mübadiləsi üçün mükafatlar verən xüsusi Tədqiqat, İnnovasiya və Sahibkarlıq şöbələri var.[7]

Özəl, dövlət və üçüncü sektorlarla işləyən Solent marketinq, İqtisadiyyat, Beynəlxalq iqtisadi inkişaf, Sahibkarlıq və İnnovasiyalar, həmçinin Kibercinayətkarlıq kimi tədqiqat sahələrinə diqqət yetirlir.

Dənizçilik, Texnologiya və Ətraf mühit

[redaktə | mənbəni redaktə et]

Tarixən Solent Universitetində əsas tədqiqat sahələrindən biri dənizçilik sektoru olmuşdur. Əsas diqqət sənayeyə təsir edən tətbiqi tədqiqat və innovasiyalara, o cümlədən dəniz təhsili və təliminə (o cümlədən texnologiyanın istifadəsi), məşğulluğa, sağlamlıq və təhlükəsizlik, gender və rifaha yönəlib.[8]

Tədqiqatın digər sahələrinə materialşünaslıq və aşqarların istehsalı: akustika; kompüter şəbəkələri, immersiv texnologiyalar, multimedia rabitəsi və proqram mühəndisliyi, eləcə də davamlı dizayn və süni ətraf mühit daxildir. Burada həmçinin Çin Dənizçilik Mərkəzi yerləşir.[9]

Media Texnologiyası

[redaktə | mənbəni redaktə et]

Media Texnologiyası kursları — Yayım Mühəndisliyi, Canlı Səs və Akustika kurslarıdır. Bu kurslar bütün bu əsasları əhatə edən Live Broadkast Tehnologies adlı kursda birləşdirilib.

  1. https://www.solent.ac.uk/about/our-history.
  2. https://www.hesa.ac.uk/data-and-analysis/students/where-study.
  3. "City campus buildings - Around the campus - Portal - Southampton Solent University". portal.solent.ac.uk. 19 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2019.
  4. "Maps - Around the campus - Portal - Southampton Solent University". portal.solent.ac.uk. 2 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2019.
  5. "Solent Skillset Media Academy". www.solent.ac.uk. 19 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2019.
  6. "Industry recognition". solent.ac.uk. 19 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2019.
  7. "Research, innovation and enterprise". solent.ac.uk. 22 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2019.
  8. "The GEM Project". www.solent.ac.uk. 19 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2019.
  9. "Innovation and enterprise - China Centre Maritime". solent.ac.uk. Solent University. 29 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]