Soli (Mersin)

Soli — (Solo, Solipolis və Pompeipolis adları də verilir), Mersində antik bir şəhər.

Soli
Soli
36°44′31″ şm. e. 34°32′24″ ş. u.HGYO
Ölkə  Türkiyə
Salınma tarixi E.ə. VII əsr
Banisi məlum deyil
Digər adı Solo, Solipolis və Pompeipolis
Müasir yeri Soli, Mersin Türkiyə Türkiyə
Soli xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Soli antik şəhər olub dəniz sahilinə yaxın geniş bir ərazidir və Mersin Böyükşəhər Bələdiyyəsi sərhədləri içərisində yer almaqdadır. Mezitli metropoliten bələdiyyəsinin Viranşəhər səmtindədir.

Soli şəhəri e.ə. 700-ci illərdə Rodos adasından gələn Dorlar tərəfindən quruldu. Şəhər adı Günəş mənasını verir. Dorlar Günəş tanrısına ibadət etdiklərindən ehtimalla şəhər adı da dini inanc ilə əlaqədar idi.

Ancaq Soli Rodos əlaqəsi davamlı olmadı və şəhər böyük ölçüdə muxtar olaraq qısa zamanda Anadolunun Aralıq dənizi sahilindəki ən işlək limanlarından biri oldu. Bəzii qeydlərə görə, Yunanıstandakı Attica Delos ittifaqına üzv idi. Amma, Fars döyüşləri sonrasında, e.ə. 449-ci ildə iranlılara buraxıldı. Ancaq Fars suverenliyi dövründə də şəhərin muxtariyyət qorundu.Soli Pompeipolis Antik şəhəri[ölü keçid]

Şəhər e.ə. 333-ci ildə Makedoniyalı İskəndər (e.ə. 356-323) tərəfindən Makedoniya imperatorluğuna, İskəndərdən sonra isə Selevki imperatorluğuna (ya da Selevkoslar) bağlandı. Güclü bir donanması olan Selevki imperatorluğu dövründə şəhər liman olaraq inkişafını davam etdirdi. Lakin Selevki imperatorluğunun zəifləmə dövründə şəhər istikrarsızlıklar yaşadı və tez-tez əl dəyişdirdi. Hətta e.ə. 83-cü ildə Erməni imperatoru Tigranes II tərəfindən yandırılıb ydağıdıldı.

Selevki imperatorluğunun süqutundan sonra, Anadolunun bütün Cənubi sahilləri pirat məskəni olmuşdu. Piratlar Romaya qədər uzanan səfərlər edirdilər. Roma İmperatoru Yuli Sezar (e.ə. 110-44) həm pirat sığınacaqlarını ortadan qaldırmaq, həm də özünə rəqib gördüyü Pompeyin (e.ə. 106-48) paytaxtdan uzaqlaşdırmaq üçün korsanlara qarşı böyük bir səfər təşkil etdi və komandanlığa yüksələn Pompeyin sadə dənizdə deyil, sahil bölgələrində də böyük səlahiyyətlər verən bir qanunun çıxardılmasını təmin etdi. (Əsl adı Gnaeus Pompeius Magnus olan Pompey Sezarla birlikdə qeyri-rəsmi 1. triumvirliğin üzvü və Romada bir çox tərəfdarı var idi.)

Pompey bugünkü Mersin ili sahillərində etdiyi bir səfər sonunda bütün korsan sığınacaqlarını məhv etdi. Ancaq Pompey əfv diləyən korsanlar anlayışlı davranaraq e.ə. 64-cü ildə Soliyi əfvə uğramış quldurların şəhəri elan etdi. Yıxılmış şəhəri təmir etdirdi və şəhərə o zamanki adətlərə görə öz adını verdi. Şəhər o zamandan sonra Pompeipolis olaraq adlandırıldı. Soli Şərqi Roma (Bizans) imperatorluğu dövründə də işlək bir liman olmuşdur. Ancaq MS 528-ci ildə şəhər tarixə Böyük Antakya zəlzələsi olaraq keçən və çox şiddətli olduğu aydın olan bir zəlzələ sonunda böyük ölçüdə yıxıldı. Hərçənd onarılmağa çalışıldı. Amma bir əsr sonra Şərq Aralıq dənizi sahillərinin Ərəb imperiyasının əlinə keçməsi limanın əhəmiyyətini azaltdı. Şəhər daha sonra tərk edildi.

Arxeoloji tapıntılar

[redaktə | mənbəni redaktə et]

Sit sahəsində 41 ədəd nəhəng sütun vardır. (Yol boyunca uzanan bu sütunların zəlzələ əvvəli ümumi sayının 200 olduğu təxmin edilməkdədir.) Bu sütunlardan 33 dənəsi Korint tipi başlığa sahibtir. Ayrıca bir hamam və su kəməri qalığı vardır. Lakin şəhərdəki bəlkə də ən əhəmiyyətli əsər antik çağ limanının bu anda böyük ölçüdə su altında qalmış dalğakıranıdır. 2003-ci ildən bəri Dokuzeylül Universitetindən Dos Remzi Yağçı başçılığında davam edən qazıntı işləri əsnasında torpaqdan çıxarılan müxtəlif əsərlər isə Mersin muzeyində nümayiş olunur.Soli Pompeipolis Antik Kenti Kazılarına Devam Ediliyor[ölü keçid]

Atinalılar, Solidə istifadə dili öz dillərinə görə nizamsız və ya kobud olmuş və Soli adından bir söz çıxararaq, öz aləmlərində bu cür dilləri soloikismos sözü ilə təyin etmişdilər. Bu söz müasir Qərb cəmiyyətlərində bir az dəyişərək solecism sözü halına gəlmiş olub, hələ eyni mənada istifadə olunur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. soli-pompeiopolis[ölü keçid]