Someşul Mik çayı

Someşul Mik çayı— şimal-qərb Rumıniyada (Klaj bölgəsi) bir çay. Çay Apuseni dağlarından gələn iki- Someşul Birşul Kald ("İsti Someş") və Someşul Rece ("Soyuq Someş") çaylarının birləşməsindən ibarətdir. Gilauda qarışandan sonra çay şərqə doğru Klaj-Napoka, Apahida və Gerlanı keçir və "Dej"də Someşul Mare çayı ilə qovuşur. Dejin aşağı axınında çay Someş çayı adlanır.

Someşul Mik çayı
Klaj-Napokada Someşul Mik çayı sahili
Klaj-Napokada Someşul Mik çayı sahili
Ölkə  Rumıniya
Region
  • Klaj
Şəhərlər
  • Klaj-Napoka
  • Gerla
  • Dej
Mənbəyi Someşul Rece və Someşul Kald çaylarının birləşməsi; Gilau, Klaj
Mənsəbi Someş çayı, Dej yaxınlığı
Uzunluğu 178 km
Su sərfi 21,2 m³/s
Hövzəsinin sahəsi 3773 km²
Qolları Sol qolları- Someșul Kald, Nadaş çayları; Sağ qolları- Someşul Rece, Fizeş çayları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər və kəndlər

[redaktə | mənbəni redaktə et]
Klaj-Napokada Someşul Mik çayı sahili

Someşul Mik çayının mənbəyindən mənsəbə doğru sahilində yerləşən şəhər və kəndlər- Gilau, Luna de Sus, Floreşti, Garbau, Kluj-Napoka, Sannicoara, Apahida, Jucu de Mijloc, Jucu de Sus, Rascruci, Bontida, Fundatura, Iklozel, Livada, Haşdate, Gherla, Mintiu Gherlii, Petreşti, Salatiu, Manastirea, Mika.

  • Sol qolları: Someşul Kald, Kapuş, Nadaş,Çinteni,eiurdeni, Borșa, Lonea, Lujerdiu, Valea Mărului, Orman, Nima, Ocna
  • Sağ qolları: Someşul Rece, Feneş, Garbau, Bekaş, Zapodie, Maraloiu, Gadalin, Fizeş, Bandau

Someş çayı

  • Administrația Națională Apelor Române - Cadastrul Apelor - București
  • Institutul de Meteorologie și Hidrologie - Rîurile României - București 1971
  • Capitolul 3 Apa [1]
  • Trasee turistice - județul Cluj [2]