Somelye

Somelye şərabı yoxlayır

Somelye (fr. sommelier, [sɔməlje]) və ya saqi — şərabın əldə olunması, saxlanılması və müştəriyə təqdim olunmasına görə məsuliyyət daşıyan restoran işçisi. Somelye şərab xəritəsini tərtib edir, şərabın dequstasiyası ilə məşğul olur və müştərilərə seçim etməkdə kömək etmək üçün rəy bildirir.

Somelye üçün tıxac açan

Somelyelərin öyrədilməsi xüsusi məktəblərdə həyata keçirilir, bu məktəblərdə şərabçılıq tarixi ilə yanaşı gələcək somelyelərə müxtəlif şərablardan qatışıq buketlər hazırlamaq kimi bacarıqlar da öyrədilir. Nəticədə peşəkar somelyelər şərabın qoxusuna görə onun keyfiyyətini, üzümün növünü və bəzən hətta onun hansı regiona məxsus olduğunu, yaşını müəyyən edə bilirlər.  

Fransa somelyelər ittifaqı bu sahədə 10 ildən artıq təcrübəsi olan şəxslərə «peşəkar somelye» adını verir. Ən azı 15-20 il somelye təcrübəsi olanlar beynəlxalq çempionatların qalibləri olurlar.

Qədim fransız dilində sommereier (someryer) sözü "yük heyvanının nəzarətçisi" mənasını verirdi, belə ki, orta əsrlərdə yükün (yatağın, qab-qacağın, yemək və şərab zirzəmisinin) daşınmasına görə cavabdeh olurdu. Lakin 17-ci əsrin sonlarından etibarən somelyelər ancaq sahiblərinin şərablarını seçmək və qorumaqla məşğul olmağa başladılar. O zamandan etibarən bu vəzifə transformasiyaya uğrayaraq indiki şəklini aldı.

Fumelye

Кто такой сомелье