Son Mi-Na (d. 8 sentyabr 1964) — Cənubi Koreyanı təmsil edən həndbolçu.[1]
Son Mi-Na | |
---|---|
Ümumi məlumatlar | |
Tam adı | Son Mi-Na |
Doğum tarixi | |
Vətəndaşlığı | Cənubi Koreya |
Boyu | 166 sm. (5 ft 5 in) m |
Son Mi-Na Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Daha sonra Son Mi-Na Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.