Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sonaxanım Raqif qızı Əliyeva (22 avqust 1975) — Azərbaycan aktrisası.
Sona Əliyeva | |
---|---|
Digər adı | Sonaxanım Əliyeva |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | |
Fəaliyyəti | Aktrisa |
Təhsili |
Sonaxanım Əliyeva 22 avqust 1975-ci ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakıdakı 240 N-li orta məktəbin birinci sinfinə gedib. 1990–1994-cü illər aralığında təhsilini Bakı Məktəbəqədər Pedaqoji Texnikumunda davam etdirib. Sonaxanım Əliyeva 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram – kinoaktyor fakültəsinə qəbul olub, 1999-cu ildə həmin təhsil müəssisəsini bitirib.
Əmək fəaliyyətinə 1998–2006-cı illər aralığında İlham Miniatyur Teatrında başlayıb. Bu illər ərzində "Bəxtimin kələyi", "Qulaq", "Yorğan", "Dünyanın axırı", "Müasir toy", "Şifonerdə eşq-məhəbbət" və digər tamaşalarda yaratdığı rollarla yadda qalıb. 2006-cı ildə Gənc Tamaşaçılar Teatrından gəlmiş dəvəti qəbul edib. Bu teatrda səhnələşdirilmiş tamaşalarda ev yiyəsi — "Ana qaz", Qulməmməd – "Cənnətin üç alması", Hafizə xanım – "Pəri cadu", Div – "Çəkməli pişik", çoban "Tıq-tıq xanım", nənə — "Nənənin kələyi", fransız gözəli – "Aydın", ağ Div – "İncəbel qarı", bacı – "Zoluşka" və başqa rolları ifa edib.
Kinoda ilk sınağı 1995-ci ilə təsadüf edir. O zaman universitetin I kurs tələbəsi olan Sonaxanım Əliyeva Rövşən Məmmədovun quruluçşu rejissoru olduğu "Kiçik Leytenant" qısametrajlı filmində spesifik epizodik rolu özünəməxsus gözəlliklə yarada bilib. Bundan sonra Eldar Quliyevin "Nə gözəldir bu dünya" filmində yaratdığı katibə, Məhərrəm Bədirzadənin "Sonuncu şahid" çoxseriyalı filmində cinayətkar banda üzvü, həmin rejissorun "Qu quşunun rəqsi" filmində erməni qızı Qayane, Elçin Məmiyevin "Yanmış körpülər" serialında katibə, Elçin Məmiyevin "Şans" filmində qonşu qadın, "Həyat varsa" serialının "Oğul dərdi" bölümündə Pərvanə obrazını canlandırmışdır. Həmçinin telekanalların birində yayımlanan "Pərvanələrin rəqsi" serialında Afət obrazı ilə ekranlara gəlir.