Soraksan Milli Parkı (kor. 설악산국립공원) — Cənubi Koreyada yerləşən milli park.[1] Cənubi Koreya hökuməti milli parkı UNESCO-nun Ümumdünya irsi siyahısı üçün namizəd göstərmişdir. Hökumət milli park ərazisini ilk dəfə 1965-ci ildə qoruq elan etmişdir. Ərazi 1970-ci ildə milli park, 1982-ci ildə biosfer qoruğu statusu əldə etmişdir. Soraksan Milli Parkı Cənubi Koreyanın "Milli park qanunu" (1970) əsasında yaradılmış ilk milli parkıdır. Milli park Koreya yarımadasının şərq-mərkəzində yerləşir, tərkibinə İncequn, Yanyanqun və Sokçosi qoruqları da daxildir. Milli park nadir heyvan və bitki növləri ilə zəngindir.
Soraksan Milli Parkı | |
---|---|
kor. 설악산국립공원 | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 398,22 km2 ha |
Mütləq hündürlüyü | 1708 m |
Yaradılma tarixi | 24 mart 1934 |
İdarəetmə orqanı | Koreya Milli Park Xidməti |
Yerləşməsi | |
38°07′30″ şm. e. 128°24′58″ ş. u. | |
Ölkə | Cənubi Koreya |
Vilayət | Kanvondo vilayəti |
Rayon | Kosonq uezdi |
knps.or.kr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Soraksan Milli Parkının sahəsi 398,22 km2 təşkil edir. Burada dəniz səviyyəsindən 1.200 metr yüksəklikdə yerləşən xeyli zirvə vardır. Aralarında ən hündürü Daçeonbon zirvəsidir. (1 708 metr) Dağlar qranitdən və qeysdən təşkil olunmuşdur. Daxili Soraksanda illik yağıntı 1.000 mm, Xarici Soraksanda illik yağıntı 1 300 mm-dir.[2]
Milli park faunasının zənginliyinə görə seçilir. Burada 1.013 bitki növü aşkarlanmışdır, 822 növ damarlı bitkilərə aiddir. şam ağaclarından ən geniş yayılanı Sibir sidrağacıdır. Sibir sidrağacı əsasən dağ silsiləsinin şimal və cənub yamaclarında bitir, palıd və digər yarpaqtökən ağac növləri ilə müşayiət olunur. Tuya dərin dərələrdə bitir. Cırtdan şam ağaclarına və qaracöhrəyə dağ yamaclarında rast gəlmək olar. Ərazidə ağqabıq ağ şam, yemişan, ardıc, forsaytiya, qalxanotu da bitir. Burada Hanabusaya kimi nadir bitki növləri qorunur.
Soraksan Milli Parkın 1.562 heyvan növü qeydə alınmışdır. Yerli faunaya Asiya qara ayısı, Sibir uçan dələsi, susamuru, Falco tinnunculus, Accipiter soloensis, Brachymystax lenok, Çin qumlaqçısı və Hemibarbus mylodon aiddir. Milli parkda nəsli təhlükədə olan heyvan növlərinə Tristam ağacdələni, Himalay qoralı və müşk maralı daxildir.
Soraksan Milli Parkında Bakdamsa və Sinhunsa buddist məbədləri yerləşir.