Sororat

Sororat (lat. “soror” - bacı) — nigahın qədim kəbin formalarından biri, arvadı vəfat etmiş kişinin öz subay baldızı ilə evlənməsi.[1]

Sororat adəti arvadı vəfat etmiş cavan kişinin subay baldızı ilə evlənməsinə icazə verirdi. Sororat adəti anasız qalmış uşaqların qayğısına qalmaq zərurətilə bağlı idi. Belə hesab olunurdu ki, vəfat etmiş bacının uşaqlarına hamıdan yaxşı ana onların xalası ola bilər.