Sortes (lat. sors) — Qədim romalılar arasında fal atmaqla gələcək hadisələr haqqında bilik əldə etmək üsulu.[1] Qədim italyan məbədlərində bu eyni zamanda tanrılara müraciət üsulu idi.[2]
Fallar ağac və ya digər materiallardan hazırlanaraq, boş və ya su ilə doldurulmuş qaba atılırdı. Fallar bəzən zər kimi də atılırmış.[3][4]
Bu təcrübədən sonralar bir sıra dinlərdə kitab açmaq üsulunda istifadə edilirdi.[5] Bu fəaliyyətlə məşğul olan kahinlər Sortigeli adlandırılmışlar.[6].