Sosializasiya

Sosializasiya - insan ehtiyatlarının inkişafı mühüm məsələrdən biridir. İnsan ehtiyatlarının inkişaf səviyyəsi cəmiyyətin sosial-iqtisadi inkişafının əsas faktorlarından biridir. İnsanın əmək potensialından daha səmərəli istifadə olunması ilə yanaşı keyffiyyətli işçi qüvvəsinin yaradılması məqsədilə, işaxtaranların və eləcədə işçilərin peşə hazırlığı və yenidən hazırlığı və ixtisaslarının artırılması yüksək səviyyədə təşkil olunmalıdır.

İnsan ehtiyatlarının inkişafı və səmərəli istifadə olunması üçün sosial-peşə adaptasiya sisteminin yaradılması və inkişafı zəruridir. İnsanların sosial adaptasiyası-onların cəmiyyətdə yeni iqtisadi şəraitə uyğunlaşması prosesidir. Sosial adaptasiyanın əsasını insanın mövcud sosial mühitlə qarşılıqlı əlaqəsi, eləcə də onun şəxsiyyətinin keyfiyyətcə dəyişdirilməsi təşkil edir. Sosial adaptasiya prosesini insanların dəyişən sosial mühitə qısa bir zamanda alışması, uyğunlaşması kimi də başa düşmək olar. Bu prosesin müsbət nəticəsi birinci növbədə insanların psixoloji keyfiyyətlərindən, şətinlikləri üstələyə bilməsi qabiliyyətindən asılıdır. Sosial adaptasiya problemlərinin həlli dövlətin sosial siyasətində əsas istiqamətlərdən biri olmalı, sosial-iqtisadi çətinliklərlə üzləşən insanların sosial müdafiəsinin təşkil edilməsi üçün dövlət tərəfindən xüsusi tədbirlər hazırlanıb həyatakeçirilməlidir.

İşsiz və işaxtaranların cəmiyyətə adaptasiya olunması onların, xüsusilə gənclərin düzgün peşə və ixtisas seçimindən, insanların peşə və ixtisaslara meyllərin formalaşmasından, istiqamətləndirilməsindən asılıdır. Həyatda istedadsız insanlar demək olar ki, olmur. Sadəcə olaraq hər bir insana bilik və bacarığına uyğun istedadını aşkar etmək, düzgün seçim etmək lazımdır ki, həyatda öz yerlərini tuta bilsinlər. Öz qabiliyyətinə və bacarığına layiq düzgün peşə və ixtisas seçmiş, iş yeri tapmış insanlar həyat yolunda irəliləmək imkanlarını genişləndirmiş olurlar və maddi, mənəvi ehtiyaclarını ödəmək imkanı əldə edirlər. Çox təəsüf ki, onlar üçün çox ağır olsa da, bəyənmədiyi, sevmədiyi və bacarmadığı işi yerinə yetirmək məcburiyyətində olan insanlar cəmiyyətimizdə mövcuddur. Belə halda iş çox maraqsız, yorucu olur, insanlar gərginlik keçirir və çox vaxt kollektivdə narazılıq yaranır.

İnsanların həyatda öz yerlərini tapması, düzgün peşə və ixtisas seçməsi üçün peşəyönümü işinin əhəmiyyəti çox böyükdür. İşaxtaranlar birinci növbədə bacarıqlarını, əmək bazarının inkişaf meyllərini, kadr ehtiyatlarına tələbatları müəyyənləşdirməli, lazım olduqda peşəyönümü məsləhətlər almaqdançəkinməməlidirlər.

İnsanlar cəmiyyətə adaptasiya edilmələrinə çalışmalı, müxtəlif yollardan, metodlardan istifadə etməlidirlər. Bu məqsədlə Dövlət Məşğulluq orqanlarının xidmətlərindən (işədüzəltmə, kvota yerlərinə işədüzəlmə, peşəhazırlığı, peşəyönümü məsləhətlər, “Əmək yarmarkaları” və sairə) də istifadə etmək olar.

http://sm.azersayt.com/ Arxivləşdirilib 2009-05-01 at the Wayback Machine