Sosnovski baldırğanı

Hündürlüyü 1-1,5 m-ə qədər, gövdəsi dərin şırımlı, pərdəyəoxşar tükcüklərlə örtülmüş olan ikiillik və ya çoxillik hündür iri ot bitkisidir.

Aşağı yarpaqları iridir, saplaq üzərində üçər bölünmüş seqmentlərlədir, nadir hallarda lələkvari bölünmüş 2 cüt seqmentlərin; yan seqmentləri yumurtaşəkillidir, kənarları qeyri-bərabərdir, 3-5 bölümlü yumurtavari iti dişli paylara kəsilmişdir, son seqmentləri dəyirmidir, 3 müstəqil yumurtavari bölümlü kəsilmiş dişli payları vardır; yuxarı yarpaqları qını genişləndiyinə görə kiçilmişdir. Yarpaqlar üst tərəfdən çılpaq, alt tərəfdən az yumşaq tükcüklərlə örtülmüşdür.

Çətiri çoxşüalıdır, iridir. Sarğı yarpaqları və qın xətvari-sapşəkillidir, çətircikdən qısadır. Çiçəkləri ağ rənglidir, çətirdəki kənar çiçəklər böyümüşdür.

Əksinəyumurtaşəkilli və yaxud ellipsvari olub, uzunluğu (7) 10–13 mm, eni 6–9 mm, arxa hissədə seyrək uzun tüklü, kənarları adətən qısa tikanabənzər tüklərlə örtülmüşdür.

Çiçəkləməsi

[redaktə | mənbəni redaktə et]

İyul-Avqust

Meyvə verməsi

[redaktə | mənbəni redaktə et]

Avqust-Sentyabr

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

BQ (Quba), BQ şərq. BQ qərb. Orta və yuxarı meşə zolaqlarında.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Dərələrdə, meşənin kənarlarında və talalarda rast gəlinir.

Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016