Sotiria Bello (yun. Σωτηρία Μπέλλου; 22 avqust 1921, Xalkida[d] – 27 avqust 1997, Afina) — məşhur Yunan müğənnisi və Yunan rebetiko musiqisinin ifaçısı idi. O, bir çox musiqi kitabçasında qeyd olunan və "Xaricilərin musiqisi" adlı 1984-cü il İngilis Sənədli Filminin bir hissəsi olan ən məşhur rebetislərdən biri idi. 14 Mart 2010-cu ildə Alfa TV, Bello'yu, ölkənin fonoqrafik dövründə (1960-cı ildən) 22-ci ən yüksək sertifikatlı qadın sənətçi kimi seçdi.
Sotiria Bello | |
---|---|
yun. Σωτηρία Μπέλλου | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Sotiria Bello |
Doğum tarixi | 22 avqust 1921 |
Doğum yeri |
|
Vəfat tarixi | 27 avqust 1997 (76 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Dəfn yeri | |
Vətəndaşlığı | Yunanıstan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni |
Fəaliyyət illəri | 1941-1944 |
Janr | Rebetiko |
Bello Eubia adası, Haliada (indi Drosia, Çalkida şəhərinin bir hissəsi) anadan olmuşdur. Zəngin bir ailənin beş uşağından ən böyüyü idi. Bellounun adını qoyan və xüsusilə sevdiyi babası Sotiris Papasotirio, Şimatari'dəki bir padşah kahini idi. Sotiria kiçik yaşlarında babası ilə birlikdə kilsəyə gedərdi. Atası Kriakos Bellonun, Çalkida'nın şimal hissəsində Neapolisdə bir mağazası var idi. Məşhur müğənni olan Sofiya Vambonun da yer aldığı “Kiçik İmmiqrant” filmi, ona bədii karyerasını davam etməsi üçün ilham verdi. Qızının bu qərarı üzərinə, anası Eleni onu döydü çünki, dövrün mühafizəkar bir qadın olduğu üçün qızının bədii karyerasını davam etdirməsini istəmədi. Ancaq atası ona bir gitara almış və xüsusi dərslər ala bilsin deyə pul ödəmişdi.
Sotiria 1940-cı ildə Afinaya köçmək qərarına gəldi. Afina'ya gəldikdən sonra II Dünya müharibəsi ilə (28 oktyabr 1940 - İtaliya Yunanıstana qarşı müharibə elan etdi) qarşılaşdı və Bello üçün yeni bir çətin dövr başladı. Ailəsi onunla əlaqəni tamamilə itirdi. Ailəsi onu ancaq yeddi ildən sonra, əfsanəvi rebetiko bəstəkarı Vassilis Tsitsanis ilə ifa edərkən tapdılar. Bu vaxt ərzində o, müxtəlif yerlərdə – zəngin bir hüquqşünasın evində qulluqçu kimi, bir baqaj daşıyıcısı kimi və s. işləmişdir. Afina mərkəzinin Eksarheia məhəlləsinin rebetiko klubunda xörəkpaylayan kimi işlədiyi bir gecə, bir müştəri ilə mərcdə uduzdu və sonra iki mahnı səsləndirdi. Bu vaxt Kimonas Kapetanakis də orada olub və onda olan talantı görüb. O, dərhal onun güclü və melodik səsini sevən Kitsanislə tanış etdi və onunla bir çox 78 rpm qrammafon qeydlərindən birincisini qeyd etdi. Onun istedadı çoxlu məşhurları cəlb etdi və çox məşhur pərəstişkarları var idi. Onların arasında yunan şairi Yannis Tsarouçis də var idi. O, hər dəfə onun oxuduğunu eşidəndə gözləri yaşarardı. Paradoksal olaraq, hökumət onun ömrü boyunca, bəlkə də mübahisəli şəxsiyyətindən ötrü heç bir zaman onu şərəfləndirməmişdir. Yalnız ölümündən sonra o, əhəmiyyətli hesab edildi. Onun bioqrafiyası 1998-ci ildə "Sotiria Bellou - Pote dortia pote eksares" adı altında nəşr olunmuşdur. Bioqrafiyanın müəllifi 2008-ci ildə Yunanıstan Yayımları Korporasiyası (YYK) tərəfindən maliyyələşdirilən və Lida Protopsaltinin baş rolunu oynayan "Sotiria mənə deyir" adlı bir teatr oyununu da yazdı. 1948-ci ilin dekabrında sağqanadlılar qrupu tərəfindən döyüldükdən sonra "Tzimis o Hontros" klubundan Markaz Vamvakaris ilə işlədiyi "Panaqaki" klubuna köçdü. O, Afinanın ən yaxşı musiqi klublarında – Rosiniol, Tzimis o Hontros, Hidra, Triana, Falirikon və daha bir çoxunda musiqilərini səsləndirdi. Zaman dəyişdi və rebetiko artıq axtarılmamağa başladı. Sotiria öz nəslinin bir çox digər rəssamları kimi, gecə klublarında çox az iş tapdı.
1941- 1976-cı illərdə karyerası zamanı o, rebetikonun ən yaxşı bəstəkarları ilə əməkdaşlıq etdi. Onun ən böyük hitlərindən bəziləri:
Bello da İkinci Dünya müharibəsi dövründə Yunanıstanın Axis işğalına qarşı Yunanıstan müqavimətinə qoşulmuş bir siyasi fəal idi. O, Nazilər tərəfindən tutuldu, işgəncə verildi və sonra həbs edildi. 1944-cü ildə Dekemvriana Yunan Xalq Qurtuluş Ordusu üzvü olaraq qatıldı. Mülki müharibə zamanı solçuları dəstəklədi. O, bu müddətdə ən azı bir dəfə tutuldu və həbsdə saxlanıldı. Sağ qrupun üzvləri onun siyasi mövqeyini və Dekemvrianada iştirak etməsini heç vaxt bağışlamadılar və bir gün Satiria "Tzimis o hontros" klubunda Peristeris, Kasimatis, Keromytis, Stelios, Roukounas və Tourkakis ilə səhnədə olduğu zaman oraya gəldilər və məşhur sağ qanad mahnısını oxumasını tələb etdilər. Mahnını oxumağı rədd etdikdən sonra "vulqara" (bolqar) həmçinin "Çites" (Χίτες) adı ilə tanınan royalist X qrupunun altı üzvləri onu öldürməklə təhdid etdi və döydü.
O, 1938-ci ildə, 17 yaşlarında, gələcək həyat yoldaşı olan avtobus şefi Vangelis Trimouras ilə görüşdü. Atası onun etirazlarına baxmayaraq onun evlənməsini təşkil etmişdi. Çünki atası fikirləşirdi ki, əri onu ələ ala bilər. Onların nikahı cəmi altı ay davam edib. Məlumata görə evliliklərinin bitməsinə səbəb isə ərinin Satirianı, aşağılayıb və döyməsi olub. O, əriylə olan davalarının birində, ərinin üzünə vitriol, korroziyalı asid tökmüşdü. Buna görə Satiria, üç il üç ay həbs cəzasına məhkum edildi. Məhkəmədən əvvəl Çalkida'da üç ay həbs və Afinada Averof həbsxanasında bir ay həbs cəzası verildi. O, şikayət etdi və hökmü altı aya qədər endirildi. Həbsxanadan çıxması üçün ödəmə edildikdən sonra o, evinə qayıtdı, müalicə gördü və tez-tez qohumları tərəfindən ağılsızlıqlarına görə döyüldü. Öz şəxsi həyatında iki böyük zəiflik var idi: qumar və spirt. Bunlar onu nəticədə yoxsulluğa aparırdı və onda ruhi problemlərin yaranmasına səbəb olurdu. O, ən azı bir dəfə psixiatriya klinikasında müalicə gördü.
O, xüsusilə rəssamlar, tənqidçilər və ictimaiyyət tərəfindən sevilmiş olsa da, tək yaşadı və həyatının sonuna doğru göz ardı edildi. 1993-cü ildə diaqnoz qoyulduğu boğaz xərçəngi ilə mübarizənin son mərhələlərində yalnız bir neçə nəfər onu dəstəklədi. O, 27 avqust 1997-ci ildə Afina şəhərində vəfat etdi və öz istəyinə görə Afinanın İlk Qəbiristanlığında Vassilis Tsitsanis'in yanında dəfn edildi.