Soviç paxladəni

Soviç paxladəni (Elmi adı - Astragalus szovitsii) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar”– VU A2c+3c. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.[1][2]

Soviç paxladəni
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Soviç paxladəni
Beynəlxalq elmi adı

Regional IUCN Statusu: LC.[3]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Gövdəsinin əsası odunlaşmış, hündürlüyü 10-25 sm-ə çatan çoxillik bitkidir. Yarpaqları 8-25 cüdtür, gümüşü tükcüklüdür. Çiçəkaltlığı çox kiçikdir, pulcuqludur. Yumurtalığı qısa ayaqcıq üzərində yerləşmiş, ağtükcüklüdür. Dişicik çılpaqdır. Paxlası pərdəşəkilli, birtoxumludur.[1][2][4][5]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə may-iyun, meyvəvermə avqust ayına təsadüf edir. Kserofitdir. Aşağı və orta dağ qurşağının çınqıllı, gilli, quru , daşlı –qayalı yamaclarında rast gəlinir.[1][2][5][6][7][8][9]

Yayılması[redaktə | mənbəni redaktə et]

Naxçıvanın dağlıq hissəsində yayılmışdır.[1][2][4][5][6][10][11]

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Məhdud ərazilərdə yayıldığından təbii ehtiyatı azalır.[1][2][8][9]

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Populyasiyaların azlığı və antropogen təsirlərdir.[1][2][10]

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Məhdud sahələrdə yayılmış, mənfi təsirlərə məruz qalan növ kimi Arpaçay və Ordubad Dövlət Təbiət Ysaqlığı ərazisində yayıldığı sahələr xüsusi nəzarət altına alınmalı və təbii populyasiyaları mühafizə olunmalıdır.[1][2][10]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 Azərbaycan Respublikasının Qırmızı kitabı  Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
  2. 1 2 3 4 5 6 7 "Arxivlənmiş surət". 2021-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-24.
  3. Schtaz G., Shulkina T., Solomon J., 2013
  4. 1 2 Гроссгейм А.А. 1952
  5. 1 2 3 Флора Азербайджана, 1954
  6. 1 2 Гейдеман Т.С., 1936
  7. Hacıyev V.C., Musayev S.H., 1996
  8. 1 2 İbrahimov Ə.Ş., Talıbov T.H., 2000
  9. 1 2 İbrahimov Ə.Ş., Talıbov T.H., 2001
  10. 1 2 3 Naxçıvan MR-in Qırmızı kitabı, 2010
  11.  Конспект флоры Кавказа, 2006

Həmçinin bax[redaktə | mənbəni redaktə et]