Soyad Qanunu (türk. Soyadı Kanunu) — hər bir Türk vətəndaşı üçün soyad daşımaq məcburiyyətini qoyan 2525 saylı qanundur.[1] İsveçrədən alınaraq hazırlanan qanun 21 iyun 1934-cü ildə qəbul edilərək, 2 iyul 1934-cü ildə rəsmi qəzetdə dərc edilmişdir. Qanun 2 yanvar 1935-ci ildə qüvvəyə minib. Bu qanun qəbul edildikdən sonra soyadları, Türkiyə vətəndaşları şəxsiyyət vəsiqəsinin ayrılmaz hissəsinə çevrilib. Soyadı Qanununun qəbulu sosial sahədə gerçəkləşdirilmiş Atatürk islahatlarından biridir.
Soyad Qanunu | |
---|---|
türk. Soyadı Kanunu | |
Növ | qanun, İslahat |
Ölkə | Türkiyə |
Nömrə | 2525 |
İmzalanıb | 21 iyun 1934-cü il |
Qüvvəyə minib | 2 yanvar 1935-ci il |
İlk nəşr | 2 iyul 1934-cü il |
Vikianbarda əlaqəli mediafayllar |
Qanunun məqsədi, bu vaxta qədər soyad əvəzinə dini, sosial və ailə adlarının yaratdığı müsbət və ya mənfi ayrı-seçkiliyi, məktəb qeydiyyatı, işə qəbul, əgər xidmət, alqı-satqı işlərindəki qarışıqlığı aradan qaldırmaq idi. Bu qanunun davamı olaraq 26 noyabr çıxarılan 2590 saylı qanunla "ağa", "hacı", "hafiz", "hoca", "usta", "bəy əfəndi", "xanım", "paşa" "həzrət" kimi ad və ləqəblərin istifadəsi qadağan edildi.[2]
Qanuna görə deyərkən və yazarkən ad öndə soyad sonda istifadə edilməlidir. Ədəbə zidd və gülünc soyadların, qəbilələrin, yad irqlərin və millətlərin adlarını, rütbə və vəzifəni göstərən soyadları soyad kimi götürməyə icazə verilmir.[3][4]
Soyad seçmək vəzifəsi 2003-cü ildə mülki qanun dəyişənə qədər ailənin başçısı sayılan ərə həvalə edilmişdir. Soyad Qanununun qəbulundan beş ay sonra Prezident Mustafa Kamal'a 2587 saylı qanunla "Atatürk" soyadı verildi və bu qanun 24 noyabr 1934-cü ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən yekdilliklə qəbul edildi.[5] 17 dekabr 1934-cü ildə qəbul edilmiş qanunla bu soyadın digər insanlar tərəfindən istifadəsi qadağan edildi.[6] Bu səbəbdən Atatürkün bacısı Makbulə "Atadan" soyadını götürdü.
Qanunun 3-cü maddəsi, "xarici irq və millət adları" nın istifadəsini qadağan edir; Konstitusiyanın 10-cu maddəsindəki bərabərlik prinsipinə zidd olduğu iddiası ilə, müzakirə və məhkəmə mövzusudur.[7] Bu maddəyə görə soyadı —oğul ilə bitərkən, ermənicə ian, ‑yan, rusca ‑of, ‑ov, iviç, ‑iç, yunanca ‑is, dis, ‑pulos, ‑aki, farsca ‑zadə, ərəbcə mahdumu, vələd, ‑bin şəkilçilərinə icazə verilmir.