Soyuqbulaq petroqlifləri — Loru mahalının Vorontsovka (03.03.1935-dən Kalinino) rayonunun Soyuqbulaq (19.04.1991-ci ildən Paqaxbyur) kəndi yaxınlığında, Armudlu və Qaçaqqırılan dərələrində e.ə. minilliklərə aid qayaüstü təsvirlərdir.[1]
Dağlıq Altayın Xaçın çayı sahillərində aşkar edilmiş təsvirlərlə heyrətamiz dərəcədə yaxınlıq, hətta bəzən eyniyyət təşkil edən Soyuqbulaq qayaüstü təsvirləri Qərbi Azərbaycan ərazisinin ən qədim zamanlardan məskunlaşdığını və həmin vaxtlardan bəri Türk-Oğuz qəbilələrinin ana yurdu olduğunu sübut edir.[2] Soyuqbulaq kəndində və ətraf kəndlərdə 1988-ci ilə qədər ancaq azərbaycan türkləri yaşamışdır. Bu kəndlərə ilk ermənilər Qərbi Azərbaycan türklərin (#empty_citation)in 1988-ci il soyqırımından sonra köçürülmüşdür.[3]
Arxeoloji və yazılı qaynaqların araşdırılması göstərir ki, İrəvan quberniyasının əraziləri tarixi Azərbaycan torpaqlarıdır. Bunu e. ə. V–II minilliklərə aid Soyuqbulaq və Qarakilsə qayaüstü təsvirləri ilə Qobustan və Altaydakı qayaüstü təsvirlər arasındakı oxşarlıq, Nüvədi–Qarqadaşı yazıları ilə Orhon–Yenisey kitabələrinin dil və əlifba eyniliyi açıq şəkildə sübut edir.[4]