Spektr (lat. spectrum lat. specter sözündən — görüntü, ruh) — fizikada işığın monoxromatik (bir rəngli) toplananları çoxluğu. İşıq haqqındakı elmi anlayışlar dərinləşdikcə, bu anlayış elektromaqnit spektrinə də aid edildi. Spektrlərin vizual müşahidəsi üçün istifadə edilən cihaza spektroskop, spektri təsvir edən cihaza isə spektroqraf deyilir.
Elmə bu termini İsaak Nyuton 1671—1672-ci illərdə işığın prizmada sınmasından alınan göy qurşağına oxşayan çoxrəngli zolağı təsvir etmək üçün gətirmişdir.[2]