Spektral cihazlar-müxtəlif uzunluqlu dalğaları yaxşı ayırd edən, spektrin ayrı-ayrı hissələrinin bir-birini örtməsinə imkan verməyən (sanki) cihazlardır. İş prinsipi işığın dispersiya hadisəsinə (prizmalı spektroskoplar) və difraksiyası hadisəsinə(difraksiya qəfəsli spektrometrlər) əsaslanır.
- Dispersiya hadisəsi-mühitin sındırma əmsalının işığın dalğa uzunluğundan asılı olaraq dəyişməsinə deyilir.Spektr-dispersiya nəticəsindəağ işığın üçüzlü prizmadan keçməsi zamanı yaranan mənzərədir.Spektrdə rənglərin düzülmə ardıcıllığı-qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi.
- Monoxromatik işıq-müəyyən dalğa uzunluguna malik olan işıqdır. Deməli ağ işıq mürəkkəb işıqdır.
- İnfraqırmızı şüalar-dalğa uzunluğu qırmızı işığın dalğa uzunluğundan böyük olan işıqdır.
- Ultrabənövşəyi şüalar-dalğa uzunluğu bənövşəyi işığın dalğa uzunluğundan kiçik olan şüalardır. Dispersya hadisəsi birinci dəfə 1606-cı ildə Nyuton tərəfindən müşahidə edilmişdir.
- Normal dispersiya-dalğa uzunluğu artdıqca sındırma əmsalı azalan dispersyadır.
- Anomal dispersiya-dalğa uzunluğu artdıqda sındırma əmsalı artan dispersyadır.
- Spektroqraflar-spektri fotolöhvəyə cəkməyə imkaan verən cihazdır.
- Spektrometr-hər bir dalğaya uyğun şüalanma enerjisini ölçməyə imkan verən cihazdır.
Spektrlər bütöv, xətti və zolaqlı olmaqla üç yerə bölünür.
- Bütöv spektr-közərmiş bərk və ya maye halında olan cisimlər və böyük təzyiq altında olan qazın verə bildiyi spektrdir. Belə spektrlərdə müxtəlif rənglər bir-birinə arası kəsilmədən keçir.
- Xətti spektr-qaz halında atomar şəkildə olan bütün maddələrin verə bildiyi spektrdir. Xətti spektrin alınması göstərirki atom yalnız müəyyən dalğa uzunluqlu işıq buraxır.
- Zolaqlı spektr-bir-biriylə rabitəsi olmayan və ya zəif rabitədə olan malekulların verə bildiyi spektrdir.
- Udulma spektri-bütöv spektr verən mənbədən gələn şüalar az qızmış qazdan keçən zaman müşahidə olunan spektrdir. Udulma xəttinə buraxma xətti uyğun gəlir, yəni az qızmış cismin atomu bütöv spektrdən elə dalğa uzunluqlu şüaları udur ki, başqa şəraitdədə həmin dalğa uzunluqlu şüanı buraxır.
- Spektral analiz-maddənin buraxma və udulma spektrlərinə əsasən onların kimyəvi tərkibini və aqriqat halını öyrənmək üsuludur. Spektral analizin köməyi ilə Günəş və ulduzların kimyəvi tərkibi müəyyən edilmişdir.
- Myakişev G. Y. Fizika XI sinif üçün dərslik maarif nəşriyatı Bakı 1992.
- A. Meharbov və b. Fizika kursu