Spiros Papalukas

Spiros Papalukas (yun. Σπύρος Παπαλουκάς; 1892, Desfina3 iyun 1957, Afina) — Yunanıstan rəssamı. Yunanıstan rəssamlığının "1930-cu illər nəsli" adlandırılan generasiiyanın "sələfi" kimi xarakterizə olunur.

Spiros Papalukas
yun. Σπύρος Παπαλουκάς
Doğum tarixi 1892
Doğum yeri
Vəfat tarixi 3 iyun 1957(1957-06-03)
Vəfat yeri
Fəaliyyəti rəssam, ikonoqraf[d]
Stil 1930-cu illər nəsli

Fotis Kondoğlu Papalukası Parisdən tanıyırdı. O, yazırdı ki, Papalukas Parisdə yaşadığı bütün vaxtlarda gəncləri maqnit kimi özünə cəlb edən, onları məst edən bu şanlı şəhərin heç bir sevincini hiss etməmişdir. Papalukas ətrafında qaynayan həyata fikir verməyərək, öz "qalasında" bağlı qaldı. Onu maraqlandıran yeganə şey sənəti idi.[1] Rəssam və yazıçı Nikos-Qavriil Pendzikis yazır ki, qədimliyin ağırlığını daşıyan bugünkü ellinizm rəngarəngliyində Papalukasın mənşəyi özünü tacir kimi aparanlardan fərqli kəndli şüuru ilə onu yeniliklərdən ehtiyatlı olmağa vadar edir.[2]

  1. "ΕΙΚΑΣΤΙΚΟΝ - Ζωγραφική - Σπύρος Παπαλουκάς". 2013-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-06.
  2. "ΕΙΚΑΣΤΙΚΟΝ - Ζωγραφική - Σπύρος Παπαλουκάς". 2013-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-06.