Sputnik 2 (rus. Спутник-2) — orbitə çıxarılmış ikinci peyk. 1957-ci il noyabrın 3-də Sovet İttifaqı tərəfindən buraxılan peyk, orbitə çıxarılan ilk canlını — Layka adlı bir iti daşıyırdı.[1]500 kq ağırlığında olan peyk 4 metr uzunluğunda və 2 metr diametrində idi. Peyk həmçinin radio ötürücüləri, bir telemetriya sistemi, proqramlaşdırma vahidi, kabin üçün yeniləmə və istilik nəzarət sistemi və bir saıra elmi avadanlıqlarla təchiz edilmişdir. Layka ayrı və möhürlənmiş bir bölmədə yerləşdirilmişdir.
Sputnik-2 | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Tral D telemetriya sistemi ilə hər orbital turnirdə 15 dəqiqə ərzində texniki və bioloji məlumat dünyaya ötürülürdü. Günəşdən radiasiya və kosmik şüaları ölçmək üçün iki fotometr mövcud idi.[2]
Sputnik-2 Sergey Korolyovun dizayn ofisində "Prosteyşiy Sputnik-2" yəni "Simple Satellite-2" adlandırıldı. Ellips formasında olan peykin ölçeləri 212x1660 km həcmində idi. Layka üçün əlavə qorunma səddi var idi. Telemetriya sistemi müntəzəm informasiyanı Yerə göndərirdi. Layka yerləşdiyi qatın temperaturu orbitə çatdıqdan dərhal sonra 43 ° C-ə çatdı. Layka, təxmin edilən 10 günə qədər deyil, yalnız bir neçə saat sağ qala bildi. Sputnik 2, 162 gün orbitada qaldı və 14 aprel 1958-ci ildə Yerə qayıtdı.[3]
Sputnik 2, Yerin radiasiya kəmərini dəqiq olaraq təyin etdi və şimal enliklərində zəiflədiyini söylədi. Avstraliyada, prof. Harri Mezel Sputnik 2-dən gələn siqnalları qəbul etdi və məlumatları stansiyaya göndərməyə çalışdı, lakin Sovetlər kosmik kodlarını bölüşməkdən imtina edəndə, avstraliyalılar məlumatların hərəkətini (paylaşmağı) dayandırdılar. 1958-ci ildə, Sputnik-3 layihəsində hər iki dövlət birlikdə daha faydalı məlumatlar qazanmaq üçün yaxınlaşdılar.[4][5]