Ssh

SSH (Secure Shell – Təklükəsiz Shell) – təhlükəli şəbəkədə təhlükəsiz kanal yaratmaq üçün istifadə edilən şəbəkə protokoludur. İki əsas versiyası mövcuddur : SSH-1 və SSH-2. Server və klient hissələrdə uyğun olaraq SSH server və SSH client proqramları çalışır.[1] Ən məşhur tətbiqlərindən biri Unix (Linux) tipli əməliyyatlar sistemində shell istifadəçiyə təhlükəsiz qoşulmaqdır. telnet və digər təhlükəli protokolları əvəz etmək üçün yaradılmışdır. SSH şifrləmə istifadə edərək təhlükəli şəbəkədən (məsələn İnternetdən) məlumatın gizli və bütöv ötürülməsini təmin edir.

  1. Network Working Group of the IETF, January 2006, RFC 4252, The Secure Shell (SSH) Authentication Protocol

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]