Stüart Adamson MakKinstri (18 sentyabr 2002, Vişou, Şotlandiya) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Lids Yunayted" klubunda hücumçu kimi çıxış edən peşəkar Şotlandiya futbolçusu.
Stüart MakKinstri | |||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||
Tam adı | Stüart Adamson MakKinstri[1] | ||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||
Doğum yeri | Vişou, Şotlandiya | ||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||
Boyu | 179[2] | ||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | ||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||
Klub | Lids Yunayted | ||||||||||||||||||||||||
Nömrəsi | 39 | ||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
MakKinstri Vişou şəhərində anadan olmuşdur. O, "Motervell" akademiyasında yetişdikdən sonra 2019-cu ilin yayında "Lids Yunayted" klubuna transfer olmuşdur.
MakKinstri Vişou şəhərində anadan olmuşdur.[2] Hər iki valideyni "Motervell" klubunun azərkeşi olduğu üçün uşaqlıqdan o da həmin kluba rəğbət bəsləyirdi.[3] 10 yaşı olarkən klubun akademiyasına qəbul olunmuşdur. 26 dekabr 2018-ci ildə "Kilmarnok" klubuna qarşı liqa görüşündə Stüartın adı ehtiyat oyunçular siyahısına əlavə edilmişdir. Lakin o, meydana çıxmamış və komandası rəqibinə 0-1 hesabı ilə məğlub olmuşdur.[3][2] 2019-cu ilin yayında oyunçu "Lids Yunayted" akademiyasına transfer edilmişdir. 2019-cu ilin sentyabr ayında Stüart 2022-ci ilə qədər klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır.[4] 2020-ci ilin avqust ayında o, klub ilə müqaviləni 2023-cü ilə qədər yeniləmişdir.[5] O, peşəkar karyerasında debütünü 21 sentyabr 2021-ci ildə "Fulhem" klubuna qarşı Liqa Kuboku görüşündə etmişdir. Əsas vaxtı 0-0 hesabı ilə bitən görüşdə MakKinstri penaltilər seriyasında qələbə topunun müəllifi olmuşdur.[6]
MakKinstri bir müddət Şotlandiya U-17 millisində çıxış etmişdir.[7]
MakKinstri cinah hücumçusu kimi çıxış edir.[8]
Klub | Mövsüm | Liqa | FA Kuboku | Liqa Kuboku | Digər | Ümumi | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Diviziya | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Lids Yunayted | 2021–22[9] | Premyer Liqa | 0 | 0 | 0 | 0 | 1 | 0 | 0 | 0 | 1 | 0 |
Ümumi karyera | 0 | 0 | 0 | 0 | 1 | 0 | 0 | 0 | 1 | 0 |