Staf Smit (14 avqust 1909[1] – 25 sentyabr 1967[1], Münxen) — Cazmen.
Staf Smit | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Hezekiah Leroy Gordon Smith |
Doğum tarixi | 14 avqust 1909[1] |
Vəfat tarixi | 25 sentyabr 1967[1] (58 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | skripkaçı, cazmen |
Janr | caz |
Vikianbarda əlaqəli mediafayllar |
Staf Smit – caz skripkasını yaradanlardan biridir. Smit bu alətdə çalmağa 1930-cu ildə başlayanda onun 20 yaşı vardı. Smitin ifası «xuliqansayağı oynaq» tərzi ilə seçilirdi. Bu skripkaçının çıxış etdiyi, onun özündən başqa Cimmi Consun (fortepiano) və Con Liviinin (bas) daxil olduğu trio «Onyx Club» səhnəsində müntəzəm çıxışları sayəsində bütün caz aləmində məşhurlaşmışdı. Təəccüblü də olsa, faktdır: zərb alətlərində ifaçının daxil olmadığı bu üçlük ritmik "pulsasiya" yarada bilirdi. Onların ifasının yeganə yazıları «Asch» firması tərəfindən aparılmışdır.