Stanislav İlyasov

İlyasov Stanislav Valentinoviç (d.1953) — V. V. Putinin prezidentliyinin birinci müddətində, Nazirlər Kabinetinə M. M. Kasyanovun rəhbərliyi dövründə, 06.11.2002-ci ildən 09.03 2004-cü ilə qədər Çeçen Respublikasının sosial-iqtisadi inkişafı üzrə icra hakimiyyəti federal idarələri koordinasiya naziri.

Stanislav İlyasov

Dağıstan MSSRQızılyar şəhərində anadan olub. Ali təhsilini Leninqrad Elektrotexnika-İnstitutunda elektrik rabitəsi mütəxəssisi ixtisası üzrə alıb (1980). Texniki elmlər doktorudur. Rusiya EA-nın müxbir üzvüdür. 19721975-ci illərdə Sovet ordusu sıralarında xidmət edib. 1975-ci ildən Qızılyar paylayıcı elektrik şəbəkələrinin ustası, baş ustası, Zaterecni elektroşəbəkələr müəssisəsinin müdir müavini, "Elektronadzor"un Qızılyar şöbəsinin rəisi, daha sonra Qızılyar şəhər icra hakimiyyətinin sədri olub.1988-1990-ci illərdə "Spese-nerqoremont", Mahaçqalada "Daqenerqo", Pyatiqorskda "Cənub sistemlərarası sistemi" ixtisaslaşdırılmış Təmir İdarəsinin direktoru olub. 19941997-ci illərdə "YES Rossiya" Rusiya Səhmdar Cəmiyyətinin Şimali Qafqaz enerji sisteminin baş direktor müavini, baş direktoru olub. 1995-ci ildə RF Dövlət Dumasının ikinci çağırışında irəli sürdüyü namizədliyi uğursuzluqla nəticələnir. 1997-ci ilin may-avqustunda "YES Rossiya" Rusiya Səhmdar Cəmiyyətinin sədr müavini, "Enerqoperetok" Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru olub. 1997-ci ildə Stavropol vilayətində hökumət rəhbərinin müavini olub. 19971999-cu ilə qədər Stavropolun hökumət rəhbəri olub. Bu vəzifədən vilayətin qubernatoru A. Çernoqorov tərəfindən azad olunub. "Rusiyanın vahid elektroenergetik kompleksi" kooperasiyasının prezidentinin müavini olub. 1999-cu ildə sağ qüvvələrin və "Yedinstvo" hərəkatının dəstəyi ilə öz namizədliyini qubernator seçkilərində irəli sürür. 36,5% səslə A. Çerneqorova uduzub. 2001-ci ilin yanvarında Çeçen Respublikasında idarə başçısının müavini, hökumət rəhbəri olub. Bu vəzifədə fəaliyyətə başladığı ilk gündən Çeçen Respublikasının bərpasına ayrılmış pulların yalnız öz ixtiyarında olması üçün rəhbərliyin müvəqqəti başçısı Ə. Qədirovla mübarizəyə başlayır. Təcrübəli rəhbər işçi və idarəçidir. Praktiki olaraq siyasi məsələlərə toxunmur, televiziyada görünməməyə çalışır. Uzaq bölgələrə qaz çəkdirir, elektrik təchizatı üçün "YES Rossiya" Rusiya Səhmdar Cəmiyyəti ilə danışıqlar aparır. 06.11.2002-ci ildən Çeçen Respublikasının sosial-iqtisadi inkişaf üzrə icra hakimiyyəti federal idarələri koordinasiya naziridir. 27.12.2002-ci ildə Çeçen Respublikası Hökumət evinin partlayışı zamanı binada olub, lakin zədə almayıb. 2001-ci il-də Hökumət evinin tualeti partladılarkən də ona heç bir zərər dəyməyib. Bomba ustalıqla qoyulmadığından partlayış dalğası ətrafa yayılaraq yuxarıya qalxa bilmir. Həmin vaxt yuxarı mərtəbədə S. İlyasov dövlət qulluqçuları ilə geniş iclas keçirməkdə idi. 26.03.2004-cü ildə Balıqçılar Federal Agentliyinin rəhbəri olub. Şimali Qafqazda pravoslav kilsələrin təmiri və bərpasına göstərdiyi köməkliyə görə Kilsə ordeni ilə təltif olunub. RF-in əməkdar energetikidir. Sərbəst güləş üzrə idman ustasıdır, Rusiya üzrə çempion olub.[1]

  1. Zenkoviç, N. Putin ensiklopediyası. Bakı, 2006, s. 205–207