Staphylococcus aureus

Qızılı stafilokokk (lat. Staphylococcus aureus) kürə şəkilli, fakultativ anaerob, qrammüsbət kokklara aid bakteriya. Stafilokokklar hərəkətsizdir və spor əmələ gətirmirlər. Əsasən üzüm giləsini xatırladan bakteriyaların ölçüsü 0.8 1.2 mikrondur. lat. Staphylococcus aureus təbiətdə hər yerdə yayılmış, belə ki, 25–30% insanlarda heç bir simptom büruzə vermədən, dəri örtüyündə əsasən qasıq nahiyyəsində və tənəffüs yollarında xüsusən ağız-burun boşluğunda aşkar edilirlər. Bu halı təbabətdə klinik əlamətlərsiz patogen mikrobların kolonizasiyası ya işğalı adlandırırlar. Qızılı stafilakokk əksər insanın vücudunda kalonizasiya yaradaraq əlverişli şəraiti — immun sisteminin zəifləməsini gözləyir. Bu zaman lat. Staphylococcus aureus həyat üçün təhlükəli ağciyər sətəlcəmi, endokardit, toksiki şok sindromu və sepsis kimi hallara səbəb ola bilir. Xüsusən də bu bakteriyalar antibiotiklərə qarşı güclü müqavimət — multirezistentlik əldə etdikdən sonra daha təhlükəli olurlar. Bəzən onların bədəndən eliminasiya edilməsi bıyük bir problemə çevrilir.[1]

Qızılı stafilokokk
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qızılı stafilokokk
Beynəlxalq elmi adı

Bakteriyanın adı Staphylococcus aureus iki qədim yunan yun. σταφυλή, lat. staphylé (mənası üzüm deməkdir), yun. κόκκος, lat. kókkos (mənası çəyirtdək ya buğda dənəsi deməkdir) və latın lat. aureus (mənası qızılı deməkdir) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Qoyun qanlı aqarda karotenoid piqment stafiloksantinin hesabına qızılı sarı koloniyalar əmələ gətirdiyinə görə ona qızılı stafilokokk adı verilmişdir.

Multirezistent növləri

[redaktə | mənbəni redaktə et]

Qızıli stafilokokkların antibiotiklərə qarşı qazanmış olduqları davamlılığa görə aşağıdakı növlərı mövcuddur.

  • MRSA = Methicillin-rezistent Staphylococcus aureus və ya metisillinə davamlı qızılı stafilokokk (MDQS)
  • MRE = Multirezistent patogen və ya hədsiz davamlı törədici (HDT)
  • ORSA = Oxacillin-rezistent Staphylococcus aureus və ya oksasillinə davamlı qızılı stafilokokk (ODQS)
  • VISA = Vancomycin-intermediate Staphylococcus aureus
  • VRSA = Vancomycin-rezistent Staphylococcus aureus və ya vankomisinə davamlı qızılı stafilokokk (VDQS)
  • MRSA = Multi-rezistent Staphylococcus aureus və ya hədsiz davamlı qızılı stafilokokk (MDQS)[2]

Hədsiz davamlı qızılı stafilokokk — MRSA dedikdə lat. Staphylococcus aureus bakteriyasının hal hazırda mövcud olan β-Lactam qrupundan olan antibiotiklərə qarşı hədsiz davamlı ştammları nəzərdə tutulur.

Qızılı stafilokokk
Aqarda lat. Staphylococcus aureus kaloniyası
MRSA kaloniyasının elektron mikroskopunda görütüsü
Qram üsulu ilə rənglənmə, tipik üzüm salxımını xatırladan lat. Staphylococcus aureus
lat. Staphylococcus aureus 50 000x böyüdülmüş şəkil
  1. "Staphylococcus aureus: nədir, səbəbləri və simptomları, müalicə üsulları". 2022-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-23.
  2. "Arxivlənmiş surət". 2010-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]