Starik-Kamen qayası

Şunut dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Revda şəhər dairəsi bələdiyyə təşkilatının sərhədində, Ural dağlarında yerləşən qaya. Şunut dağından üç kilometr aralıda yerləşən Konovalovski Uval silsiləsinin zirvələrindən biridir. Qaya yaşlı bir insanın başını xatırlatdığından xarakterik forması ilə bu adı almışdır. Geomorfoloji təbii abidə və populyar bir turizm məkanıdır.

Starik-Kamen qayası
rus. Старик-Камень
Starik-Kamen qayası
Starik-Kamen qayası
Ümumi məlumatlar
Dağ sistemi Ural
Dağ silsiləsi Orta Ural
Mütləq hündürlüyü 30 m
Yerləşməsi
56°29′09″ şm. e. 59°45′15″ ş. u.HGYO
Ölkə  Rusiya
Rayon
Starik-Kamen qayası xəritədə
Starik-Kamen qayası
Starik-Kamen qayası
Starik-Kamen qayası xəritədə
Starik-Kamen qayası
Starik-Kamen qayası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şunut dağı mərkəzi hissəsində "Nijneserginski rayonu" və "Revda şəhər dairəsi" ilə sərhədində, Konovalovski Uval silsiləsində yerləşir. Şunut dağından 5 kilometr cənub-şərqdə, Bolşaya Lavrovka kəndinin 10,5 kilometr məsafədə yerləşir. Dağın hündürlüyü 648,1 metrdir. Geomorfoloji təbii abidədir. Yuxarıda 25-30 metr hündürlüyündə qəribə qaya formasiyadır. Papaqlı yaşlı bir insanın başını xatırladır.

Starik-Kamen Şunutun özü kimi, konglomeratlardan (sementlənmiş çınqıllardan) və kvarsit-qumdaşı şistlərindən ibarətdir. Coğrafiyaşünas N. Arxipovanın dediyinə görə bu qayaların 600 milyon ildən çox yaşı var. Ural tayqası dağın ətrafında üfüqdə hər tərəfə uzanır. Bu yerdən silsilə şimal-qərb tərəfə uzanır. Hər tərəfdən Ded-Kamen, Konovalovski silsiləsinin Medyakovka, Antonovka, Karaulnaya, Obrublenaya, Suxarnaya, Sokolini Kamen qayası, Qlavnaya, Nikuleçeva, Katiçeva və başqa dağlar görünür. Şunut-Kamenin qayalıq çölləri şimalda daha əzəmətli görünür. Uçurumdan 20 metr şimalda ikinci bir qaya çıxışı var. Bundan əlavə burada meşə yanğınının izləri olan meylli, kifayət qədər düz dağ yaylası meydana gəlmişdir.

Starik-Kamen qayasına dırmaşmaq üşün diqqətli olmaq lazımdır. Çünki yoxuş olduqca narahatdır və qayanı təşkil edən suixurlar sürüşkəndir.

Qaragiləmərcangilə dağda böyüyür. Meşələrdə çoxlu göbələk var. Bəzən qayanın ərazisində dovşan, dələ və sığına rast gəlinir.

Starik-Kamen qayası qədim zamanlarda qeyri-adi formasına görə burada yaşayan Fin-Uqor xalqları tərəfindən hörmətlə qarşılanmışdır. Ancaq bu yer haqqında arxeoloji məlumat yoxdur.

Ruslar buraya XVIII əsrdə gəlmişlər. XVIII-XIX əsrlərdə Starik-Kamen (Vesyolıe Qorının eyniadlı zirvəsi kimi) çıxıntılarla ilə əhatə olunmuşdu.

Buraya gələn İlk turistlər 20-ci əsrin ikinci yarısında gəlmişlər. Buna sovet illərində uçurumun ətəyindəki Konovalovski silsiləsindən keçən bir çığır yolu kömək edir. İndi bu cığırın yerində bir meşə yolu vardır.

1985-ci ildə Starik-Kamen qayası Sverdlovsk Film Studiyasının bədii filmlərindən birində əks olunmuşdur. “Qızıl dağın sirri” filminin son səhnəsi burada çəkilir.

Təbiət abidəsi

[redaktə | mənbəni redaktə et]

1983-cü ildən bəri Bilimbaevsk meşə təsərrüfatının ərazisindəki 197 hektar ərazisi olan Starik-Kamen dağının qayalıq çölləri Sverdlovsk vilayətinin xüsusi qorunan bir ərazisidir[1][2].

  1. Паспорт на государственный памятник природы областного значения Arxivləşdirilib 2021-08-31 at the Wayback Machine//Уникальные геологические объекты России, ФГБУ «ВСЕГЕИ»
  2. Потапова Н.А., Назырова Р.И., Забелина Н.М., Исаева-Петрова Л.С., Коротков В.Н., Очагов Д.М. Сводный список особо охраняемых природных территорий Российской Федерации (справочник). Часть II Arxivləşdirilib 2021-12-06 at the Wayback Machine//ООПТ России, ФГБУ "ААНИИ"