Starlink, Amerikanın SpaceX peyk şirkəti tərəfindən peyk interneti təmin etmək üçün inşa edilmiş bir peyk şəbəkəsidi. SpaceX rabitə şəbəkəsi xəbərləri ilk dəfə 2015-ci ilin yanvarında ictimaiyyətə təqdim edildi. Bəyanatlarda, bütün yenidən qurulan rabitə trafikinin 50% -ni daşımaq üçün kifayət qədər bant genişliyini dəstəkləyə biləcəyi və sıx şəhərlərdə yerli internet trafikinin 10% -ə qədərini təmin edə biləcəyi ifadə edildi.[1]internet şəbəkəsinin normal çalışması üçün minimum 780 peyk lazımdır. Elon Musk 1-ci mərhələdə Yer kürəsinin orbitində 12.000 ədəd Starlink peyki yelrəşdirməyi planlaşdırır.[2]Kosmosda qurulmağa başlayan bu internet şəbəkəsinin sürətli və sabit işləməsi üçün birinci mərhələdə 12000 peyk, ikinci mərhələdə 30000 peyk göndəriləcəkdir. Elon Musk’ın son hədəfi cəmi 42000 peykdir.[3]Starlink peyklərinin hər biri 260 kq ağırlığında və bir masa ölçüsündədir. Üzərində 4 güclü antena var. Bunların sayəsində bir-biri ilə və dünya ilə əlaqə qura bilərlər. Enerjisini akkordeon şəklində açan günəş panellərindən əldə edir. Bu peyklər ion mühərriklərinin sürətlənməsi ilə hərəkət və manevr edə biləcək.[4]
Starlink | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | özəl şirkət |
Məhsulu | Starlink |
Təsis tarixi | 22 fevral 2018 |
Struktur | |
Ana şirkət | SpaceX |
Rəhbərlik | |
Təsisçi | İlon Mask |
starlink.com | |
Vikianbarda əlaqəli mediafayllar |
2022-ci ilin dekabr ayında İlon Maskın şirkəti “Starlink Azerbaijan” MMC adında Bakıda qeydiyyatdan keçib.[5]