Starlink peyk şəbəkəsi

Starlink, Amerikanın SpaceX peyk şirkəti tərəfindən peyk interneti təmin etmək üçün inşa edilmiş bir peyk şəbəkəsidi. SpaceX rabitə şəbəkəsi xəbərləri ilk dəfə 2015-ci ilin yanvarında ictimaiyyətə təqdim edildi. Bəyanatlarda, bütün yenidən qurulan rabitə trafikinin 50% -ni daşımaq üçün kifayət qədər bant genişliyini dəstəkləyə biləcəyi və sıx şəhərlərdə yerli internet trafikinin 10% -ə qədərini təmin edə biləcəyi ifadə edildi.[1]internet şəbəkəsinin normal çalışması üçün minimum 780 peyk lazımdır. Elon Musk 1-ci mərhələdə Yer kürəsinin orbitində 12.000 ədəd Starlink peyki yelrəşdirməyi planlaşdırır.[2]Kosmosda qurulmağa başlayan bu internet şəbəkəsinin sürətli və sabit işləməsi üçün birinci mərhələdə 12000 peyk, ikinci mərhələdə 30000 peyk göndəriləcəkdir. Elon Musk’ın son hədəfi cəmi 42000 peykdir.[3]Starlink peyklərinin hər biri 260 kq ağırlığında və bir masa ölçüsündədir. Üzərində 4 güclü antena var. Bunların sayəsində bir-biri ilə və dünya ilə əlaqə qura bilərlər. Enerjisini akkordeon şəklində açan günəş panellərindən əldə edir. Bu peyklər ion mühərriklərinin sürətlənməsi ilə hərəkət və manevr edə biləcək.[4]

Starlink
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi özəl şirkət
Məhsulu Starlink
Təsis tarixi 22 fevral 2018
Struktur
Ana şirkət SpaceX
Rəhbərlik
Təsisçi İlon Mask
starlink.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
[redaktə | mənbəni redaktə et]

2022-ci ilin dekabr ayında İlon Maskın şirkəti “Starlink Azerbaijan” MMC adında Bakıda qeydiyyatdan keçib.[5]

Starlink peyki
Starlink antenası
  1. "Starlink Layihəsi nədir? Starlink peyki haqqında ətraflı məlumat" (az.). 2022-02-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-02-28.
  2. "Starlink qlobal internet şəbəkəsi layihəsinin beta testində iştirak üçün sorğular artıq qəbul olunur" (az.). Archived from the original on 2022-02-28. İstifadə tarixi: 2022-02-28.
  3. "Elon Musk komandasının kosmosa göndərdiyi Starlink peyklərinin məqsədi nədir?" (az.). Archived from the original on 2022-02-28. İstifadə tarixi: 2022-02-28.
  4. "Starlink peyklərinin məqsədi nədir?" (az.). Archived from the original on 2022-02-28. İstifadə tarixi: 2022-02-28.
  5. "İlon Mask Azərbaycanda şirkət yaradıb". 2023-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-02.