Bu məqaləni vikiləşdirmək lazımdır. |
Startap akseleratorlar — startapları dəstəkləmək üçün yaradılan qısamüddətli proqramdır[1]. Akseleratorlar startapları mentorluq, məsləhət, maliyyə, netvorkinq və digər resurslarla təmin edir. Buraya, investorlar cəmiyyətinin diqqətini startaplara yönəltmək üçün təşkil olunan "demo günü" də daxildir[2].
Akselerator proqramı adətən bir neçə ay davam edir və bu müddət ərzində, sənaye mütəxəssisləri gənc sahibkarlara təlimlər keçirir və məsləhət verir. bir layihə hazırlamağa kömək edir və ona investisiya qoyur və ya investor tapmaqda kömək edir. Belə sürətləndiricilər vençur kapitalı fondları, biznes inkubatorları, texnoparklar, universitetlər və ya böyük korporasiyalar əsasında işə salınır. Xidmətlərinin əvəzində təşkilatçılar startapdan pay alır və ya proqram üçün ödəniş tələb edirlər[1].
Adətən akseleratorlar startaplara xüsusi ofis sahəsi təklif etmir. Lakin mentorluq, məşhur natiqlərin çıxıları, sahə mütəxəssisləri ilə görüş və digər tədbirlər keçirtmək üçün fiziki bir yerə sahib ola bilərlər. Bundan fərqli olaraq, inkubatorlar müəyyən bir müddət üçün startaplara xüsusi ofis sahəsi təklif edirlər[2].
Akselerator və inkubatorlar bir startapı, inkişafının bütün mərhələlərində — xam ideya mərhələsindən, artıq gəlir gətirən sonrakı mərhələyə qədər dəstək edə bilərlər. Buna baxmayaraq, startapların adətən kənar yardımdan ən çox faydalana bilən erkən mərhələlərdə startaplara diqqət yetirirlər[2]. Startaplar adətən dəstələr şəklində qəbul edilir. Bir çox inkubator və akseleratorlar ildə 1–3 dəfə proqram qəbulu elan edir. Bəziləri xüsusi bir sənayə, bazar, texnologiya, və ya digər kimi fərqlilikləri ilə xüsusiləşir, digərləri isə çoxşaxəli ola bilir. Bir çox akselerator və inkubatorlar onlarla startapları uğurlu etmələrinə baxmayaraq, akselerator və ya inkubator proqramına qoşulmaq uğuru zəmanət etmir[2].
Biznes akselerator modeli, dotkom bumu zamanı sahibkarlar və investorların qazandıqları təcrübə əsasında formalaşmışdır. Həmən dövrlərin bazar praktikası onu göstərdi ki, yeni texnoloji şirkətlərə böyük maliyyə cəlb etməklə böyük qazanclar əldə etmək olar. Bununla, bazara biznes inkubatorlar anlayışı gəldi. Dotkom köpüyü zamanı əmələ gələn böhran isə, bu modelin uyğunsuzluğunu nümayiş etdirdi və inkubatorların maliyyə itkisi onlarda mənfi obraz yaratdı[3].
İnkubatorların yaşadığı uğursuzluqdan sonra, akselerator sözünü istifadə edən ilk şirkət 2005-ci ildə Pol Qrehem tərəfindən Cambridge-də yaranan və sonradan Silikon Vadisinə köçmüş Y Combinator idi[4]. Techstars (Boulder, CO), 500 Startups (Mountain View, California) və MassChallenge (Boston, Massaçusets) daxil olmaqla digər akseleratorlar da ABŞ-də məşhurluq qazandı[5].
Eyni ərəfələrdə, Çin və Cənub-Şərqi Asiyada da akselerator proqramları ortaya çıxmağa başladı. Buna misal olaraq, 2009-cu ildə Çinə yaranan ilk akselerator Chinaccelerator (Şanxay, Çin) göstərmək olar[6].
ABŞ-də akselerator proqramlarına artan populyarlıq, Avropaya da təsir etdi. Belə ki, startap ekosistemlərini dəstəkləmək üçün Avropada akselerator proqramlarının sayı çoxalmağa başladı. Buraya, Startupbootcamp (Birləşmiş Kralıq), Rockstart (Niderland), Station F (Fransa), Maria 01 (Finlandiya), Startup Lab (Norveç), Kickstart (İsveçrə), Lisbon Challenge (Portuqaliya), Sting (İsveç), H-FARM (İtaliya) və digərləri daxildir[7].
Tanınmış akseleratorlara qəbul olmaq çətindir. Burada, müraciət zamanı startapların yalnız 1%-3% qəbul edilir. Bu müddət ərzində akseleratorla daha yaxından tanış olub, onlar haqqında əlavə məlumatlar almaq olar. Tanışlıq zamanı akseleratorun təklif etdiyi proqrama qoşulmaq məcbur deyil. Bəzi startap təsisçiləri, hətta qəbul olunduqdan sonra belə akseleratora qoşulmamaq qərarını vermişdilər[4].
Akselerator proqramlarına qoşulmaq səbəblərindən biri də maliyyədir. Yeni startaplara kiçik həcmli maliyyə vəsaiti təklif etməklə, kapitallarının bir hissəsini avəzində istəyirlər. Bu cür maliyyə növünü toxum maliyyəsi adlandırırlar. Bu, 10 000 ABŞ dollardan 120 000 ABŞ dollara qədər ola bilər. Son vaxtlar, həddindən artıq maliyyənin startaplarda uğursuzluğa gətirib çıxartdığını səbəb edərək, bir çox akseleratorlar toxum maliyyəsinin həcmini azaltmağa başlamışdır[4].
Bu sistemin böyük üstünlüklərindən biri sahibkarlara yönəldilən diqqətdir. Startap qurucuları belə akseleratorlarda, 3–6 aylıq bir prosesə atılırlar. Burada çox vaxt iş görməyə məkanlar da olur. Ona görə də, bu müddət ərzində proqram iştirakçıları yalnız iş üzərinə yönəlir. Bir neçə ay ərzində startap qurucuları, üzərində çalışdığı layihələri yaxşılaşdırır və inkişaf etdirir[4].
Akseleratorda keçirilən vaxtın əsas hissəsi də öyrənmədir. Seminarlar, mentorlarla görüş, bazar ekseprtlərinin rəyi, məşhur şirkətlərin mütəxəssisləri ilə söhbətlər və digərləri startap qurucularına bazar haqqında daha dərindən məlumat əldə etməyə kömək edir. İştirakçılar gələcək bizneslərinin hüquqi tərəfləri ilə daha yaxından tanış olur və startap prezentasiyalarını bu müddət ərzində yaxşılaşdırır[4].
Akselerator dövründə sahibkarlar məşhur şirkət rəhbərələri, sənayə dəstəkləyiciləri və potensial investorlarla tanış ola bilir. Ona görə də, netvorkinq startap qurucuları üçün çox vacibdir. Bu startaplara əvəzsiz ola bilər[4].
Akseleratorların sonunda proqram iştirakçılarının buraxılışı olur. Bu "demo gün" adlanır və bu gündə bütün proqram iştirakçıları öz startap prezentasiyalarını təqdim edir. Demo günlərində bəzən yüzlərlə aktiv investor gələ bilər[4].