Statistik önəmlilik — analiz olunan parametrin sırf təsadüfi yaranması ehtimalının çox kiçik olmasını göstərir. Bu göstərici önəmlilik testi ilə yoxlanılır. Əgər sıfır hipotezi həqiqətən doğru olarsa, onda statistik önəmlik onu redd etmək üçün qərar qəbuletmə ehtimalı kimi təyin olunur. Həll zamanı p qiyməti təyin olunur. Əgər p önəmlilik səviyyəsindən aşağı olarsa onda sıfır hipotezi inkar edilir. Önəmlilik səviyyəsi α ilə işarə olunur. Ən geniş yayılmış önəmlilik səviyyələri 10%, 5%, 1%, və 0,1%-dir. Əgər p-nin qiyməti α-səviyyəsindən aşağıda yerləşərsə onda sıfır hipotezi redd olunur. Belə nəticələr satistik önəmli adlanır. Əgər hadisənin mində birində təsadüfi baş verirməsi deyilirsə, onda nəzərdə tutulur ki, önəmlilik səviyyəsi 0,1%-dir. α-səviyyələrinin üstün və mənfi cəhətləri vardır. α-dən aşağıda alternativ hipotezin doğru olmasına inam verilir, bununla bərabər sıfır hipotezini redd etməmək üçün böyük risk var. Bununla onun statistik gücü aşağı düşür.
Önəmlilik testi texnoloji proseslərin eksperimentlərin planlanması üsulu ilə araşdırılmasında geniş istifadə olunur. Burada tətbiq olunan önəmlilik testinin məqsədi ən kiçik kvadratlar üsulu ilə əldə olunmuş →polinominal asılılığın verdiyi qiymətlərin ölçmədən əldə olunmuş qiymələrdən meyillənməsinin disperisya analiznin köməyi ilə qiymətləndirməkdən ibarətdir. Bunun üçün polinomla hesablamadan yaranan dispersiyanın () təkrar sınaqlardan alınmış qiymətlərin verdiyi dispersiayadan () nə dərəcədə fərqlənməsi göstərilir. Nəticədə hər iki satandart meyillənmənin qiymətlərinin nisbəti α-ya uyğun F-qiyməti (F-testi) ilə müqayisə edilir. Alınan nisbət F-qiymətindən kiçik olduqda onda parametrlərin verilmiş prosesə təsirinin önəmli olduğu, yəni təsadüfi olmadığı sübut olunur. Əks halda alınan nəticəyə inam aşağı olur.