Stavre Jada (18 may 1998[2]) — Makedoniyalı xizək yürüşçüsü. Stavre Jada Makedoniyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, Ölkələrin Paradında Makedoniyanın bayraqdarı olmuşdur.
Stavre Jada | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Stavre Jada |
Vətəndaşlığı | Makedoniya |
Doğum tarixi | |
Boyu | 178 sm[1] |
Çəkisi | 70 kq[1] |
İdman növü | Xizək yürüşü |
14 fevral 2018 tarixində yenilənib. |
Stavre Jada birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Jada 4:23.85 saniyəlik nəticəsi ilə 80 atlet arasında 79-cu yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.[3]