Stefana Veljkoviç (9 yanvar 1990, Yaqodina[d]) — serb qadın voleybolçu. Blokçu mövqeyində oynayır. Hal-hazırda karyerasını Polşada Çemik Polis klubunda davam etdirir.
Stefana Veljkoviç Stefana Veljković | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Stefana Veljkoviç |
Doğum tarixi | |
Doğum yeri | Yaqodina Serbiya |
Vətəndaşlığı | serb |
Voleybolçu məlumatları | |
Boyu | 1.91 m |
Çəkisi | 71 kq |
Zərbəsi | 320 sm |
Bloku | 305 sm |
Mövqeyi | Blokçu |
Karyerası | |
Komandası | Çemik Polis |
Nömrəsi | 9 |
Həvəskar karyerası | |
2001–2004 | OK Jaqodina |
Klub karyerası | |
2004–2008 2008–2010 2010–2012 2012–2013 2013–2014 2014– |
OK Postar Belqrad Srvena Zvezda Asistel Novara Villa Kortese Qalatasaray Çemik Polis |
Milli komanda karyerası | |
2007– | Serbiya |
Vikianbarda əlaqəli mediafayllar |
Stefana Veljkoviç karyerasına ölkəsinin "OK Jaqodina" adlı klubunda başlamışdı. 2004-cü ilə qədər burada oynadıqdan sonra başqa bir Prima Divizion (Serbiya qadınlararası voleybol çempionatının adı) klubu Srvena Zvezda ilə sözləşmə imzaladı. Voleybolçu ölkəsinin ən köklü klubunda iki dəfə ölkə kubokunun, iki dəfə superkubokunun, iki dəfə də ölkə çempionatın qalibi adına layiq görülmüşdü.
2013-cü ildə Qalatasaraya transfer olunan voleybolçu karyerasını Türkiyədə davam etdirmişdi. Növbəti mövsüm isə (2014-15 sezonunda) Polşada Çemik Polis komandası ilə müqavilə imzalayaraq legionerlik həyatını Avropa şərqində keçirməyə davam etmişdir.[1]