Stefani Qrappelli

Stefani Qrappelli (26 yanvar 1908-1 dekabr 1997) — cazmen.

Stefani Qrappelli 26 yanvar 1908-ci ildə Parisdə anadan olmuş, 1 dekabr 1997-ci ildə elə həmin şəhərdə vəfat etmişdir. Ən məşhur caz skripkaçılarından biri olmuş Stefani Qrappellinin davamlı yaradığılı və heyranedici ifası skripkanın caz aləti statusu qazanması üçün çox iş görmüşdür.

Onu da qeyd edək ki, Stefani Qrappelli həm skripkada, həm də fortepianoda çalmağı müstəqil öyrənmiş, sonra isə – 1924-1928-ci illərdə Paris konservatoriyasında musiqi biliklərinə yiyələnmişdir. 1933-cü ildə gitaraçı Canqo Reynhardt ilə görüşənə qədər Qrappelli yalnız kinoteatrlarda və rəqs orkestrlərinin heyətində çıxış edirdi. "Hot Club"un rəhbəri Pyer Nurri simli orkestr yaratmaq ideyasını irəli sürəndə bu təklif onların ürəyindən oldu. Beləliklə, The Quintet of the Hot Club of France (skripka, üç akustik gitara və bas) yarandı. Ultraphone, Decca i HMV studiyalarının silsilə yazıları sayəsində bu kollektiv qısa müddətdə beynəlxalq miqyasda məşhurlaşdı.

1939-cu ildə İkinci Dünya müharibəsi başlayanda bu kvintet parçalandı. Qrappelli Londonda qaldı, Reynhart isə Fransaya qayıtdı. Az sonra Qrappelli gənc pianoçu Corc Şirinqlə yeni benddə tanış oldu və müharibə qurtarana qədər həmin kollektivdə işlədi.

1946-cı ildə Qrappelli və Reynhardt ilk dəfə birləşməyə cəhd göstərdi. Lakin bu sənətçilərin çoxsaylı birgə lent yazıları olmasına baxmayaraq onlar heç vaxt birlikdə daimi işləməmişlər. 50-60-cı illərdə Qrappeli Avropada çoxsaylı klublarda çıxış etdiyinə baxmayaraq ABŞ-də onu tanıyanlar az idi. 70-ci illərin əvvəllərində isə o, müntəzəm olaraq dünyanın ən müxtəlif ölkələrinə səfərlər etməyə başlamışdı. Həyatının lap son vaxtlarına qədər fəallığı ilə seçilən Qrappelli hətta 89 yaşında da sənətin zirvəsində idi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]