Stenli Brard — keçmiş futbolçu, hazırda “Qəbələ” Futbol Akademiyasının direktoru
Stenli Brard | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 24 oktyabr 1958[1] (65 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Mövqeyi | cinah müdafiəçisi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Stenli Brard 24 oktyabr 1958-ci ildə İndoneziyanın paytaxtı Cakarta şəhərində anadan olub[2]. Futbol həyatına Hollandiyada start verən Brard peşəkar futbolçu karyerasına 1978-ci ildə “Feyenoord” klubunda başlayıb. 1986-cı ilə qədər – 8 mövsüm sözügedən komandada top qovan Brard daha sonra karyerasını RKC və “Zvart Vit” kollektivlərində davam etdirib.
Hollandiyalı mütəxəssis məşqçi karyerasına 1994-cü ildə “Kapelle” (Hollandiya) klubunda başlayıb. 1996-2000-ci illərdə stenli Brard “Vitesse” (Hollandiya) komandasında məşqçi vəzifəsində çalışıb. 2000-ci ildə Brard “Den Haq” (Hollandiya) klubunun baş məşqçisi, 2001-ci ildə isə sözügedən kollektivin texniki direktoru vəzifəsinə təyinat alıb. 2002-2005-ci illərdə mütəxəssis karyerasını ölkə xaricində davam etdirib. Yaponiyaya yollanan Brard “Nagoya Grampus Eyt” Futbol Akademiyasının direktoru kimi fəaliyyət göstərib. UEFA-nın Pro Lisenziyasına sahib olan məşqçi 2005-ci ildə Hollandiyaya dönüb və “Feyenoord” Futbol Akademiyasının direktoru vəzifəsinə təyin edilib.
Brard klubun aşağı yaş qrupları ilə bir çox titula və mükafatlara sahib çıxıb. Mütəxəssisin rəhbərlik etdiyi “Feyenoord” Futbol Akademiyası 2010, 2011 və 2012-ci illərdə Hollandiyanın ən yaxşı akademiyası seçilib və Rinus Mixels Mükafatına layiq görülüb.