Stenoqram (yun. stenos – sıx və grapho – yazıram) — protokolun bir növüdür. İclas, müşavirə və s. kolegiyal orqanların yığıncaqlarından məruzələrin, mitinqlərin və s. çıxışların stenoqrafiya üsulu ilə tərtib edilmiş sənəddir. Stenoqrafik yazı adi yazıdan 4-5 dəfə sürətlə yazılır.
Stenoqrafiya ilk dəfə qədim Misirdə meydana gəlmiş, sonralar Yunanıstanda və Romada təkmilləşmişdir. Qədim dövrün məşhur natiqi Siseronun qulu və şəxsi katibi Tiron Misir stenoqramları əsasında yeni, latın dilinə uyğun bir yazı sistemi yaratmışdır. Tiron bu yazı sistemini başqalarına da öyrətmişdir. Tironun şagirdləri isə yeni eradan əvvəl 63-cü ildə dekabrın 5-də Katonun Toiolina əleyhinə ittiham nitqini stenoqramlaşdırmışdılar. Bu hadisədən 2000 il sonra – 1937-ci ildə Londonda müxtəlif ölkələrin stenoqrafları bu yubileyi qeyd etmişlər. Rusiyada stenoqrafiya XVIII əsrdə, Azərbaycanda isə XX əsrdə meydana gəlmişdir.