Stepan Akimovun binası

F. P. Pokrovskinin binasıRostov vilayəti Rostov-na-Donu şəhəri ərazisində yerləşən bina. Bina XIX əsrin sonları XX əsrin əvvəlləri inşa edilmişdir. Bina Ulyanovski küçəsi, ev 14 ünvanında yerləşir[1]. Binanın önündə onun sahibini bildirən lövhə asılmışdır. Şəhər sakinləri arasında binanın Paramonovlar ailəsi ilə əlaqəli olması barədə məlumat gəzirdi. Ancaq bu fərziyələr öz təstiqini tapmamışdır[2].

Stepan Akimovun binası
rus. Доходный дом Степана Акимова
47°12′55″ şm. e. 39°42′48″ ş. u.
Ölkə  Rusiya
Şəhər Taqanroq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Stepan Akimov 1854-cü ildə anadan olmuşdur. Onun valideynlərinə Kankrin, Sobornaya xiyabanı ərazisində torpaq sahəsi məxsus idi. Bu torpaq iki sahəyə bölünərək vərəsələrə verilmişdir. Onun bir hissəsi Stepanın qardaş və bacılarına verilmişdir (Lyubov, Yekaterina və İvan Akimov). Digər hissəsi isə Stepan Akimova verilmişdir. Stepan həyat yoldaşı Mariya, qızı Anna ilə birlikdə yaşayırdı. Bu bina il əərzində cəmi 80 rubl gəlir gətirirdi. 1899-cu ildə Stepan Akimova ərazidə iki mərtəbəli bina tikməyə icazə verilir. Bina zirzəmiyə sahib idi. O zaman bina Kankinskaya ev 26 ünvanında yerləşir. Bina bundan sonra hər il 390 rubl gəlir gətirir. 1911-ci ildə bina Stepan Akimovun qızı Anna Stepanovna Akimova dövr edilir. 1920-ci ildə bina güçlü zərər görmüşdür. Binaya bu zaman mərmi düşmüşdür. Bins getdikcə daha qəzalı vəziyyətə düşürdü. 1922-ci ildə binanı voronejli Nikolay Vostannov 300 milyon rubla satın alır. Binanın tam təmiri başa çatdırılmamış qalır. Sovet hökuməti binanı milliləşdirir. Binanın köhnə sahibi binanı geri qaytarmaq məqsədilə müraciyyətlər etsə də şikayətinə ağlasığmaz arqumentlər gətirilir. Hazırda bina təmirə ehtiyac duyur.

Təsviri[redaktə | mənbəni redaktə et]

İki mərtəbən ibarət bina. Bina zirzəmiyə sahibdir. Binanın fasadında dəniz düzənliyi təsvir edilmişdir. İnqilaba qədər ki, arxitektur tikililərindəndir[3].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Перечень объектов культурного наследия регионального значения г. Ростова-на-Дону". 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-07.
  2. "Дом с Афродитами и легендой о Парамоновых". 2017-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-07.
  3. "Старинные здания Ростова-на-Дону нуждаются в реставрации". 2017-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-07.